Icma.az
close
up
RU
“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub

“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı olub

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.

SİA xəbər verir ki, adı ən uzunmüddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Faiq Həsənovun ömür yoluna həsr olunan təqdimat mərasimində çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov filmin müəllifi Azad Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib. O, Faiq Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan şahmat hərəkatının aradan çıxmamasının keşiyində duran şəxs olduğunu bildirib. Federasiya rəhbəri 85 yaşlı hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olduğunu deyib.

Sonra film nümayiş olunub. Filmdə Faiq Həsənovun uşaqlıq illəri, şahmata olan marağının yaranması, uzunillik hakimlik fəaliyyəti, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub.

Filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının Faiq Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub.

F. Həsənov vurğulayıb ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, 2025-ci ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərlə yadda qaldıqlarını söyləyib. O, həm Avropa, həm dünya çempionu olmuş qadın şahmatçı Ülviyyə Fətəliyevanın çıxışını yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri