Icma.az
close
up
RU
İstanbulda “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” müzakirə təşkil olundu VİDEO

İstanbulda “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” müzakirə təşkil olundu VİDEO

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Universitetində “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda müzakirə təşkil olunub.
Demokrat.az Yenicag.az-a istinadən xəbər verir ki, tədbir İstanbul Universitetinin ev sahibliyi və “Umay Ana” Türk Dünyası Qadınlar Birliyi, Türk Qadın Alimləri Birliyi, Azərbaycan-Türkiyə Evi, eləcə də “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə baş tutub.
Müzakirəyə “Umay Ana” Türk Dünyası Qadınlar Birliyinin sədri, professor Müəlla Uydu Yücəlin moderatorluğu ilə start verilib.
Panelin əsas çıxışçıları Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı və Marmara Universitetinin professoru Giray Saynur Dərman olub. Onlar Qərbi Azərbaycandan məcburi köç, tarixi ədalətin bərpası və dönüş hüququ məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə, həmçinin Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) rəhbəri Közhan Yazgan, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) başqanı Səfər Qaraqoyunlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər,  iş adamı Lokman Biter və  digər qonaqlar iştirak ediblər.
Çıxışında millət vəkili Tənzilə Rüstəmxanlı bildirib ki, azərbaycanlılar 1905, 1948–1953 və 1988-ci illərdə Qərbi Azərbaycandan mərhələli şəkildə tamamilə köçürülüb:
“Bu şəxslərin öz yurduna dönməsi hüququ tanınmalıdır. Mən Qarsla həmsərhəd olan Amasiyada doğulmuşam. Biz 1988-ci ildən əvvəl o bölgədən köçmüşdük. Ən son isə bütün qohumlarım həmin ildə köçürülməyə məcbur edilib. O yolda 283 nəfər həyatını itirdi. Köç zamanı qadınların hansı işgəncələrə məruz qaldığı hər kəsə məlumdur. Müharibə harada baş verirsə, ən çox zülmü qadınlar və uşaqlar çəkirlər. Mən bunun canlı şahidiyəm”.
Deputat qeyd edib ki, elm adamları və akademiklər bu məsələyə xüsusi diqqət ayırmalı, Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə ötürməlidirlər:
“Bu tarix unudulmamalıdır ki, millətimiz bir daha belə faciələrlə üzləşməsin. Görüş qısa zaman ərzində baş tutsa da, olduqca önəmli idi”.
Digər qonaqlar da Qərbi Azərbaycana qayıdış konsepsiyasının insan hüquqları baxımından əhəmiyyətindən bəhs ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see301

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see122

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri