Icma.az
close
up
RU
İstanbul Universitetində “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda müzakirə təşkil olunub

İstanbul Universitetində “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda müzakirə təşkil olunub

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İstanbul Universitetində “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda müzakirə təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbir İstanbul Universitetinin ev sahibliyi və “Umay Ana” Türk Dünyası Qadınlar Birliyi, Türk Qadın Alimləri Birliyi, Azərbaycan-Türkiyə Evi, eləcə də “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə baş tutub.
Müzakirəyə “Umay Ana” Türk Dünyası Qadınlar Birliyinin sədri, professor Müəlla Uydu Yücəlin moderatorluğu ilə start verilib. Panelin əsas çıxışçıları Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı və Marmara Universitetinin professoru Giray Saynur Dərman olub. Onlar Qərbi Azərbaycandan məcburi köç, tarixi ədalətin bərpası və dönüş hüququ məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə, həmçinin Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) rəhbəri Közhan Yazgan,
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) başqanı Səfər Qaraqoyunlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər qonaqlar iştirak ediblər.
Çıxışında millət vəkili Tənzilə Rüstəmxanlı bildirib ki, azərbaycanlılar 1905, 1948–1953 və 1988-ci illərdə Qərbi Azərbaycandan mərhələli şəkildə tamamilə köçürülüb:

“Bu şəxslərin öz yurduna dönməsi hüququ tanınmalıdır. Mən Qarsla həmsərhəd olan Amasiyada doğulmuşam. Biz 1988-ci ildən əvvəl o bölgədən köçmüşdük. Ən son isə bütün qohumlarım həmin ildə köçürülməyə məcbur edilib. O yolda 283 nəfər həyatını itirdi. Köç zamanı qadınların hansı işgəncələrə məruz qaldığı hər kəsə məlumdur. Müharibə harada baş verirsə, ən çox zülmü qadınlar və uşaqlar çəkirlər. Mən bunun canlı şahidiyəm”.
Deputat qeyd edib ki, elm adamları və akademiklər bu məsələyə xüsusi diqqət ayırmalı, Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə ötürməlidirlər:
“Bu tarix unudulmamalıdır ki, millətimiz bir daha belə faciələrlə üzləşməsin. Görüş qısa zaman ərzində baş tutsa da, olduqca önəmli idi”.
Digər qonaqlar da Qərbi Azərbaycana qayıdış konsepsiyasının insan hüquqları baxımından əhəmiyyətindən bəhs ediblər.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 May 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri