Icma.az
close
up
RU
İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 9 may, AZƏRTAC

İstanbulda Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Bahar naxışları” mövzusunda fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi şəhərin Beyoğlu bələdiyyəsinin 6-cı dairə sənət qalereyasında təşkil edilib. Sərgi SAKÜDER-Sənət və Sənətkarlar Birliyi Mədəniyyət Dərnəyi ilə Beyoğlu bələdiyyəsinin əməkdaşlığı ilə ərsəyə gəlib.

SAKÜDER-in sədri Ali Eserin kuratorluğu ilə baş tutan açılış mərasimində çıxış edən Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev və ictimai xadim Kəmalə Paşayeva Arif Hüseynovun yaradıcılığı barədə danışıblar.

AZƏRTAC-a açıqlamasında sərgidə 32 əsərinin nümayiş olunduğunu deyən rəssam əsas mövzunun sevgi üzərində qurulduğunu bildirib.

“Bahar naxışları” mənim İstanbulda keçirilən ilk sərgimdir. Daha əvvəl Türkiyənin müxtəlif şəhərlərində əsərlərim sərgilənib, lakin indiyədək İstanbul sənətsevərləri ilə görüşmək imkanım olmayıb. Bu, mənim üçün çox dəyərli və həyəcanvericidir. Əsərlərimin istanbullular tərəfindən necə qarşılanacağını böyük maraqla gözləyirəm”, - deyə sənətkar qeyd edib. O, bildirib ki, burada nümayiş olunan əsərlər Azərbaycan mədəniyyəti və tarixini əks etdirir: “Azərbaycan folkloru əsərlərimdəki əsas motivlərdən biridir. Bu sərgidəki ən böyük məqsədim Azərbaycan mədəniyyəti və tarixinin dəyərli irsini İstanbul sənətsevərlərinə təqdim etməkdir. Bu imkanı əldə etdiyim üçün çox məmnunam”.

Sərgi mayın 28-dək ziyarətçilər üçün açıq olacaq.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri