Icma.az
close
up
RU
İstanbulda zəlzələ qorxusu keçməyib: Vətəndaşlar parklarda çadır qurub gecələyirlər

İstanbulda zəlzələ qorxusu keçməyib: Vətəndaşlar parklarda çadır qurub gecələyirlər

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra İstanbulda açıq ərazilərdə toplaşmağa başlayan bəzi vətəndaşlar, xüsusən də bağ və parklarda qalmağa davam edir.

Güngörendəki Güneştəpə Milli Bağçası çöldə gecələmək məcburiyyətində qalan çox sayda vətəndaşı qəbul edib. Çadırlarda qalan vətəndaşlar soyuq havadan qorunmaq üçün ocaq yandırıblar. Çadır tapa bilməyən bəzi ailələr özləri ilə gətirdikləri yorğan və döşəkləri otların üstünə sərərək yerlərdə gecələyiblər.

Güngören Bələdiyyəsinə aid təmizlik qrupları və polis işçiləri gecə boyu xalqın təhlükəsizliyini təmin etmək və səliqə-sahmanı qorumaq  üçün çalışıb. Qruplar vətəndaşların təhlükəsizliyini təmin etmək və ekoloji asayişi qorumaq üçün ərazidə müşahidə aparıblar.

Günəştəpə Milli Bağçasında gecələyən vətəndaş bu sözləri deyib: "Uşaqlar evə girməyə qorxurlar. Yaşadıqlarımız çox ağır oldu. Evimizə heç bir ziyan dəyməyib, amma binamız çox köhnədir, 33 ilin binasıdır. Ona görə narahatıq. Allah bir daha kimsəni bu vəziyyətə salmasın. İnşallah, burada qalacağıq".

Çadırda qalan vətəndaşlardan Ercan Bögüş zəlzələdən qorxduqları üçün burada gözləməyə davam edəcəklərini bildirib:  "İki gündür buradayıq. Ev də möhkəm deyil. Burada gözləmək məcburiyyətindəyik. Deyəsən, gözləməyə davam edəcəyik".

Soyuqdan çöldə qalmaq istəməyən vətəndaşlar Simkeş məscidinə sığınıb. Bəzi vətəndaşlar da öz maşınlarında yatıblar.

Zeytinburnu sahilindəki Şəhid Esra Tekin Hakan Tekin parkında evlərinə girməyə qorxanlar çadırlarda gecələyib. Onlarla ailə Bahçelievlerdəki Kuleli parkında qurduqları çadırlarda qalır. Zəlzələnin episentrinə yaxın rayonlar olan Beylikdüzü və Esenyurtda iki gecədir evlərinə girməyənlər parklarda çadırlarda qalırlar. Zəlzələ qorxusundan evlərinə girmək və ya uzun müddət binalarda qalmaq istəməyənlər şəhərin müxtəlif yerlərində açıq ərazilərdə gözləməyə davam edir. 

Nigar,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri