Icma.az
close
up
RU
İstedada yox, reytinqə baxırlar... Toylarda bəhsəbəhs

İstedada yox, reytinqə baxırlar... Toylarda bəhsəbəhs

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda toy idarə edən ifaçıların qonorarları ətrafında müzakirələr səngimir. Bəzi tanınmış sənətçilərin məclis üçün on minlərlə manat istədiyi iddia edildiyi halda, daha az məbləğə çalışanlar da var. Səhnədəki böyük qiymət fərqi isə maraq doğurur. Toy bazarında qiymətlərin formalaşmasına ifaçının populyarlığı, mövsüm, canlı performans və sosial şəbəkə aktivliyi kimi amillər birbaşa təsir göstərir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən jurnalist və aparıcı Pərviz Hüseyn qiymət fərqlərinin əsas səbəbini brendləşmə və tələbatla əlaqələndirib:
“Hər hansı sənətçinin mahnıları daha çox hit olduqda, həmin ifaçıya tədbirlərdən gələn dəvətlər də artır. Bu isə təbii olaraq qiymətlərə təsir edir. Elə müğənnilər var ki, ardıcıl uğurlu mahnılar təqdim etdikləri üçün zaman keçdikcə toy qiymətlərini daha da yüksəldiblər. Çünki bazarda onlara maraq və tələb artdıqca, onlar da qiymət siyasətlərini buna uyğun formalaşdırırlar. Burada məsələ daha çox bazar prinsipləri və şou effekti ilə bağlıdır. Yəni söhbət yalnız sənətdən, səs imkanlarından və ya keçilən yaradıcılıq yolundan getmir. Toy bazarında əsas diqqət daha çox hansı müğənninin hazırda daha populyar və daha çox tələb olunan sima olmasına yönəlir”.
O qeyd edib ki, cəmiyyətdə müəyyən mənada bəhsəbəhs amili də rol oynayır:
“Məsələn, hansısa şəxs məclisinə tanınmış və bahalı sənətçini dəvət edirsə, digərləri də eyni addımı atmağa çalışır. Bu isə bir növ status və güc nümayişi kimi qəbul olunur. İnsanlar məclislərində məşhur müğənnilərin iştirak etməsini öz imkanlarının göstəricisi hesab edirlər. Bu prosesdə reklam və sosial şəbəkələrin də ciddi təsiri var. Son dövrlər sənətçilər qatıldıqları toy və tədbirlərdən videolar, storilər paylaşırlar. Bununla həm məclisin necə keçdiyini nümayiş etdirirlər, həm də onlara olan tələbatı göstərməyə çalışırlar. Bu görüntülər digər insanlarda da maraq yaradır və nəticədə həmin sənətçilərə olan tələb daha da artır. Əslində bu, müğənnilərin özləri üçün yaratdıqları bazar strategiyası və karyera planlamasının bir hissəsidir. Onlar həm mediada görünür, həm də tədbirlərdə yaratdıqları atmosferi ön plana çıxararaq qiymətlərini mərhələli şəkildə yüksəltməyə çalışırlar”.
Yəni, toy bazarında qiymətləri müğənninin istedadından daha çox, onun nə qədər dəbdə olması, sosial şəbəkələrdəki reklamı və insanların toyda imkan nümayiş etdirmək istəyi müəyyənləşdirir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri