Icma.az
close
up
RU
İstədiyim xanım var, Rusiyada yaşayır, deyirəm onu alsınlar, almırlar

İstədiyim xanım var, Rusiyada yaşayır, deyirəm onu alsınlar, almırlar

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 32 yaşlı oğlan atasına xəsarət yetirməkdə ittiham edilib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 10-da rayonun Zabrat qəsəbəsi, Ş.Mehdiyev küçəsində baş verib. 
Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Zahid həmin gün saat 22 radələrində həmin küçədə yerləşən nömrəsiz fərdi evdə olan zaman atası Zakirlə mübahisə edib. 
Bu zaman ata oğluna musiqiyə yüksək səslə qulaq asdığı üçün bildirib. Bundan hiddətlənəm oğul atasının barmağını burub, alın və ağız nahiyəsinə yumruq zərbələri endirib. 
Zahidin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləməyib və bildirib ki, həmin gün musiqiyə görə mübahisə baş verib:
"Atam musiqiyə yüksək səs verdiyimə görə məni vurmaq istədi, mənə cırmaq atdı. Mənim boynum-boğazım, hər yerimə cırmaq vurdu. Mən şikayət etmədim. Qardaşım da anam ilə birləşərək məni döydü. Atamın əlindən tutaraq özümdən asılı olmayaraq sıxdım. Başqa heç bir xəsarət yetirməmişəm. Digər xəsarətləri mən yetirməmişəm. Atam özü-özünü döyür. Guya onlara əzab əziyyət verirəm deyə, məni tutdurmaq istəyirlər. İstədiyim bir xanım var, deyirəm onu alsınlar. Amma almırlar. Həmin xanım Rusiyada yaşayır”.
Zərərçəkmiş Zakirin sözlərinə görə, Zahid ona, qardaşına, və anasına əl qaldırır:
“Oğlum məni vurub, dişləyib, başımı divara çırpıb. Onun kefi belə istəyir, ona görə vurur. Tez-tez aramızda mübahisələrimiz olub. Oğluma ev alaraq vermişəm, maşın almışam. Mübahisənin səbəbi Zahidə aldığım ev mənim adıma olmasıdır. Mübahisə yaradıb ki, evi satsın, Rusiyaya getsin. Ona  2 dəfə maşın almışam, dəyər dəyməzinə satıb. Maşın satanda da məni döyüb”. 
Zərərçəkmiş deyib ki, xərçəng xəstəsidir, danışığını itirib, halı yoxdur:
“Həmin günü Zahid musiqiyə xod verdi. Dedim ki, səsin alsın, almadı, məni nalayiq sözlərlə söydü, sonra da vurdu”. 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Zahid 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri