İstefa vermiş İlqar Məmmədova yeni vəzifə verildi
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir müddət öncə Real Partiyasının sədrliyindən istefa verən İlqar Məmmədovun nə işlə məşğul olduğu məlum olub.
Moderator.az bildirir ki, Teleqaf.com-a bununla bağlı Real Partiyasnın sədri Natiq Cəfərli məlumat verib.
“İlqar Məmmədov hazırda partiyada çalışır. O, hər gün partiyadadır, hər gün bizimlə birlikdədir. Siyasi komitənin üzvü kimi fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib.
Partiya sədri bildirib ki, İlqar bəy qarşıdan gələn bələdiyyə seçkilərində Real-ın hazırlıq işlərində birbaşa iştirakçı və bəzi məsələlərin həllində əsas fiqurdur.
Qeyd edək ki, İlqar Məmmədov bu ilin sentyabrın 1-dən keçirilmiş növbədənkənar parlament seçkilərindəki uğursuzluqdan sonra Real sədrliyindən istefa verdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:218
Bu xəbər 04 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















