Icma.az
close
up
RU
“Adamlar da var ki, öz yaşamları, əməlləri, davranışları, etdikləri bir kitab olur”

“Adamlar da var ki, öz yaşamları, əməlləri, davranışları, etdikləri bir kitab olur”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həzrət Muhəmməd Peyğəmbərin qızı, İslamın həya timsalı, ismət mücəssəməsi Fatimə əz Zəhranın həyatı hər bir müsəlman qadın üçün örnək olmalıdır. Peyğəmbər qızı olmasının məsuliyyəti ilə yanaşı öz fitrətindən doğan həyası, anası Xədicə xanımın səxavəti ilə yoğrulub ömür yoldaşı Həzrət Əlinin qeyrəti, heybəti və ali ülvi dəyərləri ilə taclanmışdı.Xanım Fatimə məhz Peyğəmbərin qızı, İmam Əlinin həyat yoldaşı olmasına görə üstün tutulmur. Soy bağı və Peyğəmbər qızı olması onun sadəcə bir fəzilətidir. Onun əsas üstünlüyü və fəziləti Quran meyarlarına görə; öz imanına, təqvasına, ismətinə, səbrinə, nümunəvi əxlaqına, mərhəmətinə görədir.  Atası Peyğəmbər, anası və həyat yoldaşı ilk müsəlmanlardır. Anası və ömür yoldaşı atasının imaməti ilə ilk namaz qılanlardır”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki, özünün fiziki ömrü qısa olsa da mənəvi ömrü çox uzundur:

“Ona görə ki, hələ də müsəlmanlar onun adını övladlarına vermək üçün yarışır, mömin xanımlar həyatlarını onun həyatına bənzəməyə çalışır, onun məhəbbətini hətta züryətlərinin məhəbbətindən üstün tuturlar...Onun haqda çox söz demək, yazmaq olar. Minlərlə kitab yazılıb, söz deyilib. Lakin ən üstünü Allahın sözüdür. Quran onu "Allahdan razı, Allahın da ondan razı" qaldığı adam olaraq nümunə verir. İsmi Quranda keçməz, Mənası keçər... Məna isə addan üstündür. İbn Ərəbi demişkən, Mənada söz yoxdur. Daha doğrusu Məna anlaşılan yerdə sözə ehtiyac yoxdur. Bəzən bir şəxsi müqayisə edəndə deyirlər: nə iş görüb, hansı elmi kəşf edib, hansı kitabı yazıb, hansı məktəbi açıb? Həzrət Fatimə elmi kəşf etməyib, çünki onun özü, ömrü, həyatı bir elmi kəşfdir, axtaran üçün ixtiradır. Kitab yazmayıb, çünki onun özü kitab idi. İsmət, həya, səbr kitabı... Məktəb də açmayıb. Ona görə ki, özü məktəb idi. Namus, ar, mərhəmət, məhəbbət, səxavət, həya və həyat məktəbi...Adamlar var ki, başqalarına yazdığı kitablarla, açdığı məktəblə yol göstərir, töhfə verir. Adamlar da var ki, öz, yaşamları, əməlləri, davranışları, etdikləri bir kitab olur, kitablara çevrilir, məktəbə dönüşür...Həzrət Fatimə bax belə insan idi. Qısa ömrü ilə elə bir örnək, nümunə qoyub gedib ki, onun irsi, isməti hələ də qızıl əxlaq meyarları olaraq qalmaqdadır. Bir ərəb şairinin onun haqda dediyi sözü ən qiymətli hesab edirəm. Bəlkə də haçansa xatırlatmışam, amma o sözü hələ ki, özümdə saxlayıram və Zəhranı hər dəfə xatırlayanda o beyti mütləq xatırlayıram”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri