Icma.az
close
up
RU
İstehlakçı siyasəti standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

İstehlakçı siyasəti standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İstehlakçı siyasəti” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 53) təsis edilib.

AZSTAND-dan XQ-yə bildirilib ki, Texniki Komitənin yaradılmasında əsas məqsəd istehlakçılara mal və xidmət seçimində əlverişli şərait yaratmaq, bu sahədə beynəlxalq və dövlət standartlarının hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etmək, istehlakçıların gözləntilərini və bazarın tələblərini nəzərə almaq, mal və xidmətlərin keyfiyyəti və təhlükəsizliyi haqqında dəqiq informasiya əldə olunmasını təmin etməkdir.

Texniki Komitədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bilavasitə fəaliyyət göstərən 8 dövlət qurumu, eləcə də ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 ictimai birlik təmsil olunur.

Sözügedən Komitənin ilk iclasında Agentliklə yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azad İstehlakçılar” İctimai Birliyi, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi, Azərbaycan Keyfiyyət Assosiasiyası, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası və Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Texniki Komitəyə sədrlik edən Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı iclasda Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq işlənib hazırlanmış AZS ISO/IEC GUIDE 14:2025 — “Məhsullar və əlaqəli xidmətlər — İstehlakçılar üçün məlumatlar”, AZS ISO/IEC GUIDE 76:2025 — “Xidmət standartlarının işlənib hazırlanması — İstehlakçı problemlərinin nəzərə alınması üzrə tövsiyələr” və AZS ISO/IEC GUIDE 41:2025 — “Qablaşdırma — İstehlakçı ehtiyaclarının nəzərə alınması üzrə tövsiyələr” standart layihələrinin mahiyyəti barədə danışıb, onların milli səviyyədə tətbiqinin istehlakçılara dəqiq məlumatların təqdim edilməsinə, xidmət keyfiyyətinin artırılmasına, eləcə də məhsulların qablaşdırılması zamanı təhlükəsizliyin gücləndirilməsinə və ümumilikdə ölkədə istehlakçı hüquqlarının müdafiəsinin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə verəcəyi töhfələri diqqətə çatdırıb.

İclas çərçivəsində Texniki Komitənin fəaliyyət planı üzrə nəzərdə tutulan standart layihələri, bu sahədə mövcud olan beynəlxalq standartlar əsasında qabaqcıl dövlət standartlarının işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.

Sonda Texniki Komitə üzvlərinin layihələrlə bağlı təklifləri dinlənilib, müzakirəyə çıxarılmış üç standart layihəsinə dair qeyd olunan rəylər nəzərə alınmaqla təkmilləşdirilməsi və təsdiq üçün təqdim olunması qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri