İstehlakçılar “ƏDV geri al” layihəsindən faydalanmaqda davam edirlər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 avqust, AZƏRTAC
2025-ci ilin yanvar-iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdikləri tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 108 milyon 600,4 min manatdan çox olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin 7 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 5 milyon 874 min manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















