İstehlakçıların bu hüququ genişləndirilir
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ genişləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliklə, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikat-laşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə biləcək.
Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Mövcud qanunvericiliyə əsasən, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















