Icma.az
close
up
RU
İstehsal çökür, ixrac azalır: Azərbaycan iqtisadi təhlükə ilə üz üzə

İstehsal çökür, ixrac azalır: Azərbaycan iqtisadi təhlükə ilə üz üzə

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanda istehsalın özü baha başa gəlir. Bizdə sənayə müəssisələri yaxud biznes üçün elektrik enerjisi, təbii qaz, su əhalidən daha baha satılır. Digər səbəblərdən biri isə odur ki, hökumət və parlament çoxlu sayıda tənzimləyici qanunlar qəbul edib. Siz bir istehsala başlamaq üçün o qədər icazələr almalısınız ki, bu artıq vətəndaşı işdən soyudur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ixrac gəlirlərinin azalmasının başlıca səbəbi neft hasilatının azalması və qiymətinin gözləntilərdən daha aşağı olmasıdır:

“Başlıca səbəb neft hasilatının azalması və qiymətinin gözləntilərdən daha aşağı olmasıdır. Bizim əsas ixrac məhsulumuz neftdir. Neftin hasilatı kəskin azalır. Məlum olduğu kimi, “OPEC+” müqaviləsi var. Azərbaycan da bunun iştirakçısıdır. Burada bütün ölkələrə neft hasil edilməsi ilə bağlı kvotalar ayrılıb. Azərbaycan heç bu kvotanı doldura bilmir. Bu da təbii ki, ixrac rəqəmlərinə təsir göstərir. İdxaldan asılılığımız isə həmişə olub. Sadəcə 2 məsələyə görə idxalda da müəyyən artım müşahidə olunur. Birinci məsələ odur ki, biz Qarabağ və Şərqi Zəngəzurun tikintisi, təmiri və infrastruktur layihələri getdikcə artır. Bu layihələrə xaricdən daha çox məhsullar alınır. Bütün bunlar idxalı artıran amillərdir. İkinci amil isə ondan ibarətdir ki, gömrükdə “ağarma” artıb. Əvvəl ölkəyə gətirilən məhsulların bir qismi rəsmiləşdirilmirdi. İndi demək olar ki, tamamına yaxını rəsmiləşdirilir. Bu rəsmiləşdirmə artdıqca, təbii ki, idxal rəqəmlərində də yüksəliş görürük”. Marqarita pizza

Ekspert vurğulayıb ki, ölkədə özü olduqca baha başa gəlir:

“Azərbaycanda istehsalın özü baha başa gəlir. Bizdə sənayə müəssisələri yaxud biznes üçün elektrik enerjisi, təbii qaz, su əhalidən daha baha satılır. Digər səbəblərdən biri isə odur ki, hökumət və parlament çoxlu sayıda tənzimləyici qanunlar qəbul edib. Siz bir istehsala başlamaq üçün o qədər icazələr almalısınız ki, bu artıq vətəndaşı işdən soyudur. İnsanlar istehsalla məşğul olmaq istəmirlər. Çünki ifrat tənzimləmə qaydaları qəbul olunub ki, bu da Avropa Birliyinin çox pis örnəyidir. Üçüncü səbəb odur ki, Azərbaycanda kreditlər çox bahadır. Siz istehsalla məşğul olmaq istəyirsinizsə, uzunmüddətli və aşağı faizli, ucuz kreditlərə çıxış imkanlarınız olmalıdır. Azərbaycanda uzunmüddətli və ucuz kreditlər yoxdur. İş adamlarına 18-20 faizlə istehsal krediti götürmək sərf etmir. Bütün bu səbəbləri üst-üstə qoyanda Azərbaycanda hətta primitiv istehsalın belə çox zəif olduğunu görürük. Bu da iqtisadiyyata münasibətin kökündən dəyişməsini tələb edir. Bizdə ciddi təşviq proqramları olmalıdır”.

Qeyd edək ki, 8 ayda Azərbaycanın xarici ticarətində müsbət saldo 2 milyard dollara düşüb. Ötən ilin eyni dövründə bu 5.4 milyard dollar idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri