Icma.az
close
up
RU
“İstənilən ittihamın cavabını hüquqi müstəvidə verməyə hazırıq” klub prezidentinin cavabı gecikmədi

“İstənilən ittihamın cavabını hüquqi müstəvidə verməyə hazırıq” klub prezidentinin cavabı gecikmədi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Saytımızda “Hypers Quba” rəhbərliyinin futbolçularının maaşlarını vermək istəmədiyini xəbər vermişdik (https://www.football-plus.az/67623-qubada-basverenler-vuqar-nadirovun-istefasinin-sebebi-kimse-de-gelib-o-pulu-menden-ala-bilmez.html). Ayaz Abdullayevdən şikayətlənən futbolçular ayağa qalxıb, AFFA-ya müraciət etməyə hazırlaşır.

Problemin ciddiliyini nəzərə alıb, qarşı tərəfin mövqeyini də öyrənməyi lazım bildik. Klub prezidenti Ayaz Abdullayev “Football-plus.az”a danışdı:

“Əvvəla, yayılan məlumatların heç bir əsası yoxdu və tam yalan, iftira xarakterlidi. Belə xəbərlər klubumuzun adına və fəaliyyətinə kölgə salmağa çalışan qeyri-peşəkar, məsuliyyətsiz şəxslərin işidi. Klubumuz aylarla futbolçularına və əməkdaşlarına dəstək olub, onların hər bir hüququnu qoruyub və maaşlarını vaxtında ödəyib. Təəssüf ki, müəyyən şəxslər öz məsuliyyətsiz hərəkətləri ilə klubun adını ləkələməyə çalışır, hətta futbol oynamaq yerinə belə mənasız söhbətlərin arxasında duraraq komanda ruhunu zədələməyə cəhd edirlər. Belə insanların davranışları həm komanda daxilində, həm də futbol ictimaiyyətində məyusluq yaradır. “Hypers Quba”da ruh yüksəkliyi və peşəkarlıq həmişə ön plandadı. Əsas missiyamız komanda daxilində sağlam mühit yaratmaq və Quba futbolunu yüksək səviyyəyə qaldırmaqdı. Belə şayiələr iradəmizi sarsıda və fəaliyyətimizə xələl gətirə bilməz. Haqqı olan hər kəs komandadan maaşını alıb və alır. Bu cür əsassız ittihamlar yalnız klubumuzu ləkələmək üçün qurulmuş bir oyun kimi dəyərləndirilir. İstənilən ittihamın hüquqi müstəvidə cavabını verməyə hazırıq. Hər kəsə anlayış və dəstəyə görə təşəkkür edirik”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri