Icma.az
close
up
RU
“İstər özəl sektorda, istər dövlət sektorunda xərçəng bir biznesə çevrilib”

“İstər özəl sektorda, istər dövlət sektorunda xərçəng bir biznesə çevrilib”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xərçəng son illərdə həm say etibarı ilə artmaq üzrədir, həm də xərçəngin demoqrafik göstəriciləri zənginləşmək üzrədir. Yəni əvvəllər müəyyən yaş hədlərini əhatə edirdisə, indi daha çox gəncləşməyə başlayıb”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında sosioloq Sahib Altay Azərbaycanda xərçəngin bahalı xərclərininin tibbi sığortaya daxil edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, son illər Azərbaycanda bu xəstəliyin çoxalmasını qida ilə bağlayırlar:

“Hətta azyaşlı uşaqlar arasında da xəstəlik üzə çıxmaqdadır. Tibbi tədqiqatlar göstərir ki, bu xəstəliyin müxtəlif səbəbləri var. Burda genetik faktor var, qida təhlükəsizliyi, qida keyfiyyəti, qida çeşidliliyi var. Stress faktoru, qorxu faktoru var. Hətta bəzi tibb tədqiqatçıları artıq xərçəngi xəstəlik adlandırmır. Deyir insan nə qədər yaşayır yaşasın sonunda xərçəngdən dünyasını dəyişəcək. Çünki hər kəsin orqanizmində passiv şəkildə mövcud olan bir prosesdir, bir təməldir.

Son illərdə Azərbaycanda bu xəstəliyin çoxalmasını qida ilə bağlayırlar. Bizim qida rasionumuz, milli mətbəximiz xərçəng törədən yeməklər deyil, daha çox buğda bişən yeməklərdi. Amma son illərdə bizim qida rasionumuzda ciddi dəyişiklik oldu, çoxçeşidlilik oldu. Yəni milli mətbəxə “fastfood”, eyni zamanda közdə bişən yeməklər, həm də xarici mətbəxdən bizim qida rasionumuza daxil olub. Bu çeşidlilik orqanizmin maddələr mübadiləsini pozur. Digər tərəfdən-qidanın keyfiyyətsizliyi, xüsusilə yağların, başqa bir tərəfdən qida təhlükəsiziliyi. Yəni ümumiləşdirəndə bu artan sıra ilə davam edir”.

Sosioloq vurğulayıb ki, dövlət vətəndaşları məcburi sığorta ilə müayinədən keçməyə sövq etməlidir:

“Dövlətin burda görəcəyi ilk iş təmələ toxunmaqdır, yəni xərçəngin həm demoqrafik göstəricilərinin, həm də ümumi say etibarı ilə azalmasının qarşısını almağa yönəlməlidir. Bundan ötrü də tək çıxış yolu tibbi sığortadır.

İnkişaf etmiş ölkələrdə tam tibbi sığorta paketi tətbiq olunur. Burda dövlət nə etməlidir? Vətəndaşlar məcburi sığorta ilə müayinədən keçməlidir. İnsanlar ən azından 6 aydan bir müayinə olunmalıdır.

Belə şayiələr gəzir ki, guya müəyyən ölkələrdə xərçəngin müalicəsi var, amma bunu gizlədirlər, yaxud müəyyən ölkələrdə xərçəng yoxdur. Xərçəng bütün ölkələrdə var. Sadəcə faiz nisbəti var. Hazırki sənaye tibbi, indiyə qədər yetişmiş xərçəngi ortadan qaldırmağa qadir deyil. Amma başlanğıc prosedurda onu ortadan qaldıra bilir. Bəzi ölkələrdə vətəndaşlar 6 aydan, 3 aydan bir, tibbi müayinədən keçirlər. Xəstəlik aşkarlandığı vaxt şüa kimyaterapiyası ilə onu aradan qaldırırlar və insan artıq o xəstəlikdən əziyyət çəkmir.

Toplumsal təfəkkürümüz elədir ki, xəstəlik yetişəndən sonra insan təmiz xəstəliyə düçar olandan sonra və yaxud o xəstəlik ağırlaşandan sonra həkimə müraciət edirik. Ona görə də, say etibarı ilə artır. Niyə tibbi sığortaya bu əlavə olunmayıb? Düşünürəm ki, buna müxtəlif bəhanələr gətirə bilərlər. Ancaq xərçəngdə istifadə olunan müalicə prosedurları, orda istifadə olunan məhlullar, kimyaterapiyalar çox bahalıdır və bahalı olduğuna görə dövlət bunu sığortaya daxil etməyib”.

Sahib Altayın sözlərinə görə, xərçəng bir biznesə çevrilib:

“Bundan əlavə  xərçəng xəstəliyi mübarizə xarakterli deyil, biznes xarakterlidir. İstər özəl sektorda, istər dövlət sektorunda xərçəng bir biznesə çevrilib. Bu səbəbdən hələlik bunu sığortaya aid etməyiblər. Xərçənglə yanaşı bir neçə xəstəlik də var ki, məsələn ürək-damar xəstəlikləri-orda istifadə olunan stendlər, bahalı proseduralar sığortaya aid edilməyib. Sığorta isə əslində birtərəfli olmamalıdır. Tam paket halında olmalıdır. Onsuz da vətəndaş tərəfindən o  sığorta ödənilir. Dövlət hesabına da bu sığorta qarşılanmalı, yəni bunu bir paket halına gətirməlidir. Vətəndaşın sağlamlığı dövlət tərəfindən daim nəzarətdə olmalıdır. Çünki tibb cəmiyyəti yaradan əsas amillərdən biridir.

Sizin əsas sualınıza cavab olaraq bir daha qeyd etmək istərdim ki, bu xəstəliyin tibbi sığortaya daxil edilməməsinin səbəbi odur ki, bu xəstəliyin üzərindən biznes əməliyyatları aparılır.

Mən şahidi olmuşam, araşdırmalar aparmışam, yaxınlarımdan, qohumlarımdan olan xərçəng xəstələrinin müalicəsi üçün aparılan prosedurda görmüşəm ki, bu kimlərinsə maraqlarına xidmət edir. Hətta xəstəni Azərbaycanda müalicəsini aparmasan belə, xaricə aparanda belə burdan təyinatla göndərəndə müəyyən adamların maraqlarına xidmət edir. Bu səbəbdən bu sığortaya daxil olunmayıb. Birinci bahalı olduğu üçün, ikinci biznes maraqlarına xidmət etdiyi üçün. Ancaq bu çox çəkə bilməz, belə çox davam edə bilməz. Çünki xəstəlik artan sıra ilə davam edir”.

Sosioloq qeyd edir ki, tibbi sığorta onsuz da vətəndaşın məvacibindən, təqaüdündən çıxılır:

“Sığortaya daxil edilib edilməməsindən başqa  dövlət sığortaya məcburiyyət əlavə etməlidir. Vətəndaşı  məcburi müayinədən keçirməlidir. Yəni bunun qarşısı bir yolla alınmalıdır. Belə davam edə bilməz. Sizin qeyd etdiyiniz kimi bir əlimizdə 70 min nəfər rəsmi statistika var, ancaq bildirim ki ondan dəfələrlə çoxdur, hətta deyərdim 2-3 dəfə artıqdır.

İnsanlar böyük əziyyət çəkirlər. Ən azından tibbin ali müəssisələri Milli Onkologiya Mərkəzində monitorinq keçirsələr, orda nələrin yaşandığını, insanların hansı mənzərələrlə qarşılaşdığını görərlər. Ümumiyyətlə əgər sığorta varsa, bütün xəstəliklər, bütün tibbi proseslər qarşılanmalıdır. Yarımçıq tibbi sığorta olmur. Qeyd etdiyim kimi, bu baha da olsa, ucuz da olsa tibbi sığorta vətəndaşdan məvacibindən, təqüdündən çıxılır,  o şəkildə ödənilir. Ödənilirsə, müəyyən tibbi prosedurlara da müəyyən məbləğlər qoyulmalıdır-tibbi sığortaya daxil olunmalıdır. Əsas məsələ xərçənglə ürək-damar xəstəlikləri ilə yanaşı, həm də məcburi müayinələr də bura aid olunmalıdır. Əks təqdirdə yetişmiş xərçəng hüceyrəsini 70 min nəfər statistikasına görə, 70 min nəfəri tibbi sığortayla qarşılamaqla bunun qarşısını ala bilməyəcəyik.

Ona görə ki, bu xəstəliyin davamı gəlir. Bunun təməlinə enmək lazımdır. Məsələn: İsraildə xəstəliyin başlanğıc halında şüa terapiyası ilə, kimyaterapiya ilə yandırırlar. ABŞ-də , Avropada da eynidir. Bu şəkildə olmalıdır. Belə olmadıqda vətəndaş da, dövlət də zərər görəcək”.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri