Milli Qəhrəmanın atası: İstər bir dəqiqə yaşayım, istər yüz il Hökumə həmişə mənimlə yaşayacaq
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
Qroznı yaxınlığında baş verən təyyarə qəzası Azərbaycan ictimaiyyəti üçün dərin sarsıntı və böyük itki oldu. Bu faciə nəticəsində gənc, həyat dolu insanlar vaxtsız olaraq dünyasını dəyişdi və onların sırasında Hökumə Əliyeva da vardı. Qəza təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşında acı iz buraxdı. Bu hadisə bir daha insan həyatının kövrəkliyini, eyni zamanda itirilən canların xatirəsinin yaşadılmasının nə qədər vacib olduğunu xatırlatdı.
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev Operativ Media-ya danışıb.
Cəlil Əliyev bildirib ki, Hökumə xanımı bir saniyə belə unutmur:
“İstər bir dəqiqə yaşayım, istər yüz il Hökumə həmişə mənimlə yaşayacaq. Onu başqalarından fərqləndirən ən əsas cəhət sakit, təmkinli təbiətinin arxasında gizlənən güc idi. O, səs-küy salmadan, hay-küyə qatılmadan, amma lazım olan anda öz hüquqlarını qətiyyətlə müdafiə edə bilən, yatmış vulkan kimi bir insan idi. Daim oxuyardı, öyrənərdi, düşünərdi sanki tələsik yox, dərin yaşayırdı.
Bu hissləri sözlə ifadə etmək çox çətindir. İçimdə bitməyən bir tufan, sönməyən bir yanğı var. Hər an onun yoxluğunu hiss edirəm. Hökumə xanımın xatirəsinə muzey tikdirmişəm. Onun bütün şəxsi əşyaları, sənədləri, xatirələri, eksponatları orada böyük həssaslıqla qorunur. Bu, təsəlli deyil — təsəlli mümkün də deyil. Sadəcə, o məkanda onunla dərdimizi bölüşür, sükutda danışırıq.
Şəhərin mərkəzini çox sevərdi. Haraya gedirdisə, mütləq zəng vurardı, “bizə nə lazımdır?” deyə soruşardı. Həmişə düşüncəli idi, başqalarını özündən öndə tutardı. Bu xırda, amma dəyərli davranışlar bu gün onun necə bir insan olduğunu daha aydın göstərir.
Hər gün zəngləşirdik. Səsi həyatın axarını dəyişirdi. Uşaqları xüsusi sevirdi, onlarla ünsiyyətdən yorulmazdı. Uşaqlar üçün nağıllar yazardı — saf, ümid dolu, işıqlı nağıllar. Bəlkə də o nağıllarla öz dünyasını, öz arzusunda olduğu gələcəyi qururdu.
Hökumə xanım indi aramızda fiziki olaraq yoxdur, amma onun izi, nəfəsi, xatirəsi yaşayır. O, təkcə yaddaşda deyil həyatda, düşüncədə, sevgidə varlığını davam etdirir”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Dekabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları