Icma.az
close
up
RU
İsti havada bunları etməyin Həkim tövsiyyəsi

İsti havada bunları etməyin Həkim tövsiyyəsi

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

İsti hava şəraiti yalnız ürək zəifliyindən əziyyət çəkənlərə deyil, həm də sağlam insanlara təsir edir. Bəs bu cür qızmar havalarda özümüzü necə qorumalıyıq?

Kardioloq Günay Rəhimova Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda ürək-damar sistemi ən çox təsirlənən orqanlardan biridir.

O qeyd edib ki, ürəyin üzərindən damarlar keçir və bədəndə olduğu kimi, həmin damarların da istiliyin təsirindən sıxılması nəticəsində ürək döyüntüsü sürətlənir, təzyiq isə enə bilir. Bu zaman bir sıra digər proseslər də baş verir ki, nəticədə xəstələr özlərini çox pis hiss edə bilirlər:

“Ürəyində heç bir problemi olmayan insanlar da istinin təsirindən narahatlıq hiss edə bilirlər. Amma ürək xəstələri daha çox təsirlənirlər. Bu səbəbdən isti havada, xüsusən günün altında çox gəzməmək tövsiyə olunur. Günün ən isti saatlarında - saat 12:00-dək və gün batdıqdan sonra, təxminən saat 17:00–22:00 arası çöldə olmaq daha məqsədəuyğundur. İsti havada çox yemək yedikdən dərhal sonra sürətli yerimək təhlükəli ola bilər. Mədə dolu olduqda həzm prosesi üçün ürək döyüntüləri sürətlənir, bu isə bəzi hallarda hətta huş itirməyə səbəb ola bilər. Ona görə də yay aylarında yüngül qidalara üstünlük vermək, ağır yeməklərdən və bir oturuşda çox miqdarda yeməkdən çəkinmək məsləhətdir”.

G.Rəhimova isti havada spirtli içkiləri, xüsusən pivə içməməyi tövsiyə edib:

“Günün ən isti çağında pivə qəbul etmək mədəni yükləyir və orqanizmə əlavə yük salır. İsti havalarda çoxlu su içmək lazımdır, çünki günəşin təsiri ilə bədəndən tər vasitəsilə çoxlu miqdarda maye çıxır. Bu zaman elektrolitlər də itirildiyi üçün su ilə bədənə yenidən maye balansı təmin edilməlidir. Ancaq su qəbulu da ifrata varmamalıdır. Sağlam insanlar öz çəkilərinə əsasən gündə 2 litrdən bir qədər artıq su içməlidirlər. Böyrək xəstələri isə maye qəbulunu yalnız həkimlərinin məsləhəti ilə, böyrəklərinin vəziyyətinə uyğun tənzimləməlidirlər”.

Həkim qeyd edib ki, yay mövsümündə dəniz kənarına gedərək günəş vannası qəbul etmək də çox dəbdədir. Lakin bu da yalnız səhərin erkən saatlarında və ya günəş batmağa yaxın vaxtlarda edilməlidir. Uzun müddət birbaşa günəş şüalarının təsiri altında qalmaq ciddi fəsadlara, hətta ürək dayanmasına belə səbəb ola bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri