Icma.az
close
up
RU
İsti havada rahat yatmaq istəyirsinizsə...

İsti havada rahat yatmaq istəyirsinizsə...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında isti gecələr yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirə bilər. Mütəxəssislər bildirirlər ki, belə havalarda yataqda seçilən bədən mövqeyi daha rahat yuxuya getməyə kömək edir.
Yuxu üzrə mütəxəssis doktor Elli Geyrin sözlərinə görə, isti gecələrdə ən uyğun mövqe "dəniz ulduzu" pozası hesab olunur.
Bu vəziyyətdə insan kürəyi üstə uzanır, qollarını və ayaqlarını isə mümkün qədər yana açır. Mütəxəssis bildirir ki, bu mövqe bədənin ətrafında havanın daha yaxşı dövran etməsinə şərait yaradır və istiliyin təbii şəkildə xaric olmasına kömək edir.
Doktor Elli Geyr bildirib ki, yuxu zamanı bədənin həddindən artıq isinməsi yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə və onun müddətini qısalda bilər. "Xüsusilə gecə saatlarında yüksək temperatur dərin yuxu mərhələsinin müddətini azaldır. Məhz bu mərhələdən sonra insan özünü dincəlmiş və enerjili hiss edərək oyanır", - deyə mütəxəssis vurğulayıb.Ekspertin sözlərinə görə, insan yatağa uzandıqdan sonra seçdiyi yuxu mövqeyi də böyük əhəmiyyət daşıyır. ""Dəniz ulduzu" pozasında yatmaq bədənin ətrafında
havanın daha yaxşı dövr etməsinə kömək edir. Bu isə isti gecələrdə daha rahat və keyfiyyətli yuxu almağa şərait yaradır", - deyə Elli Geyr izah edib.
Mütəxəssis vurğulayır ki, bədən temperaturunun tənzimlənməsində kifayət qədər maye qəbulu mühüm rol oynayır.
"Hidratasiya, yəni orqanizmin kifayət qədər maye ilə təmin olunması bədən temperaturunun tənzimlənməsi üçün çox vacibdir. Gün ərzində kifayət qədər su içmək orqanizmin gecə saatlarında artıq istiliyin öhdəsindən daha yaxşı gəlməsinə kömək edir", - deyə doktor Geyr bildirib.
Bununla yanaşı, o, gün ərzində qəbul edilməli olan suyun böyük hissəsini axşam saatlarına saxlamamağı tövsiyə edir. "Gün ərzində suyu bərabər şəkildə qəbul etsəniz, yatmazdan əvvəl çox su içməyə ehtiyac qalmaz. Bu da gecə yuxusunun daha rahat və keyfiyyətli olmasına müsbət təsir göstərər", - deyə mütəxəssis əlavə edib.
Doktor Geyr yatmazdan təxminən bir saat əvvəl soyuq deyil, ilıq duş qəbul etməyi tövsiyə edir. "İlıq duş bədənin təbii soyuma mexanizmini dəstəkləyir. O, dəridəki qan damarlarının genişlənməsinə səbəb olur və duşdan çıxdıqdan sonra orqanizm istiliyi daha səmərəli şəkildə xaric edir", - deyə o izah edib.
Mütəxəssis maraqlı bir üsul da təklif edir. O, corabları azca isladaraq yatmazdan əvvəl təxminən 10 dəqiqə dondurucuda saxlamağı məsləhət görür. "Ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Soyudulmuş corabları geyindikdə orqanizm sərinliyi hiss edir və bu, daha tez yuxuya getməyə kömək edə bilər", - deyə doktor Geyr bildirib.
Mütəxəssislərin fikrincə, isti gecələrdə rahat yatmağın ən təsirli yollarından biri də düzgün yataq dəstini seçməkdir. Ağır sintetik parçalar əvəzinə pambıq kimi təbii materiallardan hazırlanmış yataq dəstlərindən istifadə etmək tövsiyə olunur. Bu parçalar havanı daha yaxşı keçirir, bədənin soyumasına kömək edir və yay gecələrində boğucu istilik hissini azaldır.(lent.az)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri