Icma.az
close
up
RU
İsti havalarda işçilərin təhlükəsizliyi

İsti havalarda işçilərin təhlükəsizliyi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay aylarında havanın kəskin isti keçməsi işçilərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Xüsusilə açıq havada çalışan şəxslər - tikinti sahəsində, kənd təsərrüfatında, yol işlərində və digər sahələrdə işləyən insanlar - bu təhlükəyə daha çox məruz qalırlar. Bu səbəbdən də, isti havalarda açıq şəraitli işlərin dayandırılması zəruri hesab olunmalıdır. Temperaturun 35°C və daha yüksək olduğu günlərdə uzun müddət birbaşa günəş şüaları altında işləmək insan orqanizminə mənfi təsir göstərir.

Əmək Məcəlləsinə görə, işəgötürən işçinin həyat və sağlamlığı üçün təhlükə yaradan şəraitdə onun işləməsinə yol verməməlidir. Həmçinin, işçilərə zərərli və təhlükəli şəraitdə işlədikdə əlavə imtiyazlar (məsələn, qısaldılmış iş vaxtı, əlavə məzuniyyət və sair) verilməlidir. Əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də havanın temperaturu 41 dərəcədən çox olan, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Bəzi hallarda, Fövqəladə Hallar Nazirliyi və ya Səhiyyə Nazirliyi tərəfindən verilən hava ilə bağlı xəbərdarlıqlar əsasında işlərin müvəqqəti dayandırılması da tövsiyə olunur.

İşəgötürənlər isti hava şəraitində işçilərin təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər görməlidir. Məsələn, iş saatlarının erkən səhər və axşam saatlarına keçirilməli, iş yerlərində kölgəliklərin və ventilyasiya sistemləri qurulmalı, işçilərə kifayət qədər içməli su və sərinləmə imkanı yaradılmalı, fasilələrin müddəti artırılmalı, tibbi yardıma operativ çıxış imkanının yaradılmalıdır. Əgər bu şərtlər təmin olunmursa və hava temperaturu insan sağlamlığı üçün təhlükə yaradacaq həddə çatıbsa, işlər tamamilə dayandırılmalıdır.

İnsan sağlamlığı və həyatı hər şeydən öndə gəlməlidir. İstifadə havalarda açıq şəraitdə işləmək sadəcə narahatlıq deyil, həyat üçün təhlükədir. Dövlət orqanları, işəgötürənlər və cəmiyyət birgə şəkildə bu məsələdə məsuliyyətli davranmalı və insan həyatını qorumaq üçün zəruri addımlar atmalıdırlar.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, havanın temperaturu 41 dərəcəni keçdikdə və onu süni surətdə tənzimləmək mümkün olmadıqda işçilərin sağlamlığını qorumaq üçün işlər dayandırılması Əmək Məcəlləsinin tələbidir: "Bu tələbə əməl edilmədikdə günvurma, hətta ölüm halları baş verə bilər. Qeyd edilənlərlə yanaşı, işəgötürən qızınmaq və ya sərinləmək üçün işçilərə xüsusi təchiz edilmiş yer verməyə borcludur. İlin soyuq vaxtlarında açıq havada və ya isidilməyən binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi məcburidir. Amma elə işlər də var ki, dayandırmaq olmaz. Bu halda, işçiləri günvurmadan qorumaq üçün işəgötürən əlavə tədbirlər görməlidir. Məsələn, əraziyə yaxın yerdə kölgəliklər yaradılmalı, işçilərə tez-tez fasilələr verməli, sərinləşdirici içkilər təklif olunmalıdır ki, işçini gün vurmasın. Çünki işəgötürənlər işçiyə dəyən ziyana görə birbaşa məsuliyyət daşıyırlar. Ona görə də bu məsələdə son dərəcə diqqətli olmalıdırlar".

Hüquqşünas qeyd edib ki, bəzən açıq havada iş görən işçilərə gündən qorunmaq üçün adi papaqlar belə verilmir: "Bu zaman işçini gün vurmasa da, uzunmüddətli planda sağlamlığına ziyan dəyir. Təəssüf ki, işəgötürənlər bunu nəzərə almır. Səbəb də odur ki, işəgötürən işçiyə hələ də sosial partnyor kimi yox, qul kimi baxır. İşçinin günün altında hansı vəziyyətdə işləməsi onun üçün maraqlı deyil. Təbii ki, bunu bütün işəgötürənlərə aid etmək olmaz. Elə yerlər var ki, xüsusi tədbirlər görürlər, işçilərin sağlamlığının qeydinə qalırlar. Amma belələrinin sayı barmaqla sayılacaq qədərdir. Bu dövlətin tam nəzarət edəcəyi bir məsələ deyil. Burda əsas məsələ işəgötürənin vicdanıdır".

S.Məmmədovun sözlərinə görə, havanın temperaturu 41 dərəcədən çox olan hava şəraitində, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir: "İlin soyuq vaxtlarında işləmək, işçinin orqanizminə ciddi zərər vurarsa, o, işdən imtina edə və işəgötürəndən onu başqa işə keçirməyi tələb edə bilər. İşəgötürənin buna imkanı olmadıqda, qızdırılmayan qapalı binalarda işçinin işləməsi üçün minimum iş şəraiti yarada bilmədikdə, işi müvəqqəti dayandıra bilər. İşəgötürən belə vəziyyətdə məcburən işçiləri işlədə bilməz".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri