Icma.az
close
up
RU
İsti qida və içkilərin təhlükəsi

İsti qida və içkilərin təhlükəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

İsti qida və içkilərin daim qəbulu çox ziyanlıdır. Bunu çoxsaylı elmi araşdırmalar təsdiq edir.

Udlaq və qida borusu xərçəngi kifayət qədər tez-tez təsadüf edilən xərçənq formasıdır. Qida borusu xərçənginin təhlükəsi ondan ibarətdir ki, bu xərçəng çox tez metastaz verir (orqanizmdə yayılır) və bu səbəbdən çox çətin müalicə olunur.

Bu xərçəng formasının əsas risk faktorları arasında çox isti qida və içkilərin qəbuludur. Araşdırmalar nəticəsində məlum oldu ki, çox isti qida və içkilərin (70 C-dən yuxarı) daim qəbulu bu xəstəliklərin inkişafı riskini 8 dəfəyə qədər artırır! Bunun səbəbini izah edək.

İsti qida və ya içki udlağa və qida borusuna düşdükdə bu orqanların selikli qişasının hüceyrələrini zədələyir. Əgər bu hal daim təkrarlanarsa, hücerələrdə patoloji dəyişikliklər inkişaf edəcək, sağlam hüceyrələr xərçəng hüceyrələrinə çevriləcək.

Bundan əlavə isti qida və içkilərə aludəlik dişlər üçün çox ziyanlıdır. İstinin təsirində diş emalı xarab olur - onun üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar vaxt keçdikcə dişin dağılmasına səbəb olur.

Çox isti qida və içkilər həmçinin ağız boşluğunun selikli qişalarına da mənfi təsir edir, yuxarı tənəffüs orqanlarının fəaliyyətini pozur. Bu səbəbdən isti qidaları və içkiləri sevən insanları tez-tez xroniki tonzillit, öskürək, boğazda göynəmə narahat edir.

Selikli qişalar (ağız boşluğunda, mədə-bağırsaq sistemində, cinsiyyət sistemində) orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ağız boşluğunun selikli qişaları bura havadan düşən mikrob və infeksiyaları zərərsizləşdirir. Ağız boşluğunun selikli qişalarının daim yanması nəticəsində yerli immunitet zəifləyir və infeksiya və mikrobların hücumunu lazım olan səviyyədə dəf edə bilmir. Bu isə tənəffüs yolları xəstəliklərinin sayını artırır.

Beləliklə, isti qida və isti içkilərin qəbulu çox ziyanlıdır. Bu səbəbdən onları ilıq vəziyyətdə qəbul etmək lazımdır. Bunun üçün çay və qida dodaqları yandırmamalıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri