Icma.az
close
up
RU
Enerji içkilərin təhlükəsi

Enerji içkilərin təhlükəsi

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hal hazırda bütün dükanlarda "enerji içkiləri" almaq olur. Bu içkilərin reklamında xüsusi olaraq vurğulanır ki, onlar insana əlavə enerji verir, yorğunluğu yox edir, "qanadlandırır"  və s.

Bu içkilər son zamanlar bütün dünyada cavanların dəbli "aksessuarına" çevrildi. Cavanların çox  hissəsi bu içkilərdən süi-istifadə edir (hər gün bir neçə banka qəbul edirlər). Lakin onlar bu içkilərin nə dərəcədə təhlükəli olduğundan xəbardar deyillər.

İlk növbədə bu içkilərin tərkibinə nəzər salaq. Bu tərkib heç də təhlükəsiz deyil.  Beləliklə, onların tərkibinə əksər hallarda kofein (kifayyət qədər yüksək dozalarda), qlyükoza (yüksək dozada), bəzi vitaminlər (C, B5, B6), taurin (yüksək dozalarda) və s. daxildir. Bu maddələrin orqanizmə olan qarışıqlı təsiri alimlər tərəfindən hətta sona qədər araşdırılmayıb.

Bütün digər stimulyatorlar kimi, kofein sinir sisteminin tükənməsinə səbəb olur. Onun təsiri 3-5 saat ərzində saxlanılır, daha sonra isə insan çox güclü yorğunluq hiss etməyə başlayır. Əgər insan içkinin təsiri qurtardıqdan sonra "enerjini artırmaq" üçün yenidən enerji içkidən qəbul edərsə, bu orqanizmə yalnız və yalnız ziyan verəcək. Daim yüksək miqdarlarda enerji içkiləri qəbul edən insan az bir müddətdən sonra əsəbilik, yuxunun pozulması, depressiya və s.-dan əziyyət çəkməyə başlayır. Bütün bunlar isə məhz sinir sisteminin tükənməsi simptomlarıdır.

Bundan əlavə kofein alışqanlıq yaradır - bir müddətdən sonra insan hiss etməyə başlayır ki, bu içkilərsiz yaşaya bilmir (narkomanlarda olduğu kimi).

Bu içkilərin tərkibinə daxil olan B qrupu vitaminləri insanda taxikardiyaya (ürək döyünməsinin artması) səbəb ola bilər, qlyükoza qanda şəkərin kəskin artmasına səbəb olur.

Enerji içkilər sidikqovucu effekt verir və orqanizmin susuzlaşmasına gətirib çıxardır. Nəticədə isə böyrəklər əziyyət çəkir.

Enerji içkilərin alkoqol içkiləri ilə birlikdə qəbulu xüsusilə təhlükəlidir ki, arterial təzyiqin kəskin artmasına səbəb ola bilər.

İndi isə əsas məsələyə keçək. Enerji içkilər insana həqiqətən əlavə enerji verirmi? Həqiqətdə bu içkilər insana heç bir əlavə enerji vermir. İçkinin tərkibində olan maddələr (xüsusilə kofein) orqanizmi onun daxili enerji ehtiyatlarını sərf etməyə vadar edir. Biz sanki özümüz özümüzdən enerjini borc alırıq. Lakin gec və ya tez bu daxili enerji ehtiyatları tükənir və insan həddən artıq güclü yorğunluq hiss etməyə başlayır, sinir və ürək-damar sistemində müxtəlif pozulmalar yaranır.

Ürək xəstəlikləri, hipo- və hipertoniyadan əziyyət çəkən insanlar, hamilə qadınlar, uşaqlar və yeniyetmələr, 50 yaşından yuxarı olan insanlar bu içkiləri ümumiyyətlə qəbul etməməlidir.

Beləliklə, bütün dediklərdən belə bir nəticə çıxarmaq olar: enerji içkilər heç də təhlükəsiz deyil və onları yalnız çox nadir hallarda və az miqdarlarda (1 banka) qəbul etmək olar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri