Icma.az
close
up
RU
İsti havalarda alkoqollu içkilərin hansı ZƏRƏRLƏRİ VAR

İsti havalarda alkoqollu içkilərin hansı ZƏRƏRLƏRİ VAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsti havalarda hansı alkoqollu içkilərə üstünlük vermək və hansılardan uzaq durmaq lazımdır?
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin V. P. Serbski adına Milli Psixiatriya və Narkologiya Tədqiqat Mərkəzinin — Milli Narkologiya Elmi Mərkəzinin direktoru Tatyana Klimenko aif.ru-ya açıqlamasında məlumat verib.
O bildirib ki, bəzi alkoqollu içkilər xüsusilə isti havalarda daha təhlükəlidir. Ətraf mühitin temperaturunun yüksəldiyi şəraitdə orqanizmə düşən yük artır və belə havalarda alkoqol qəbul etmək kəskin və ya xroniki xəstəliklərin inkişafına və ya kəskinləşməsinə səbəb ola bilər.
Hər cür alkoqollu içki (istər zəif, istərsə də güclü) insanın həm fiziki, həm də əqli qabiliyyətlərini zəiflədir. Bu isə insanın psixi və fiziki vəziyyətini düzgün dəyərləndirməsinə mane olur və nəticədə kəskin vəziyyətlərin yaranma və mövcud xəstəliklərin ağırlaşma ehtimalını artırır.
İsti havada alkoqol qəbul etməyin əsas təhlükəsi bədəndə maye itkisi – susuzluqdur. Orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır, dərialtı damarlar genişlənir.
Alkoqol da damarların genişlənməsinə səbəb olduğundan susuzluq daha da sürətlənir. Bu vəziyyətdə istivurma (günvurma) riski artır. Orqanizmdə kifayət qədər maye olmadığından bədən özünü sərinlədə bilmir – tər ifrazı azalır, termorequlyasiya pozulur və bədən temperaturu təhlükəli dərəcədə yüksəlir.
İstivurma zamanı temperatur artımı ilə yanaşı, baş ağrısı, başgicəllənmə, orientasiyanın itməsi, huşsuzluq, hallüsinasiyalar, qıcolmalar və həyati təhlükə yaradan digər simptomlar meydana çıxa bilər. Damarların həm istilik tənzimləməsi, həm də alkoqolun təsiri ilə genişlənməsi qan təzyiqinin düşmə ehtimalını artırır ki, bu da ürək-damar sisteminə əlavə yük yaradır.
Bundan əlavə, alkoqol riskli davranışlara, öz imkanlarının düzgün qiymətləndirilməməsinə, qərar qəbul etmə qabiliyyətinin zəifləməsinə, hərəkət koordinasiyasının pozulmasına və reaksiyanın gecikməsinə səbəb olur. Alkoqol təsiri altında insanlar günəş altında nə qədər vaxt keçirdiklərinin fərqində olmurlar və nəticədə günəş yanıqları ala bilərlər. İstidə su kənarında dincələnlər və ya aktiv idman növləri ilə məşğul olanlar üçün bu, qəza və travmaların riskini xeyli artırır. Uşaqlar isə valideynlərin məsuliyyətsizliyi səbəbindən zərər çəkə bilərlər.Bu risklər yalnız güclü alkoqollu içkilərlə məhdudlaşmır. İsti havalarda zəif alkoqollu içkilər (məsələn, pivə və kokteyllər), xüsusilə qazlı olanlar da az təhlükəli deyil.
Nəticə etibarilə unutmayın ki, alkoqol və isti hava bir-birinə uyğun deyil!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri