İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? VİDEO
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Günümüzdə marketlərdə alıcılara minlərlə çeşiddə ərzaq məhsulu təklif edilsə də, onların heç də hamısı müştərisini tapmır. Beləliklə, məhsulların bir hissəsinin istifadə müddəti market rəflərində bitir.
Hurriyyet.Media xəbər verir ki, rəsmi statistikaya görə, təkcə 2026-cı ilin birinci yarısında əhaliyə ümumi dəyəri 16 milyard manatdan çox ərzaq məhsulu satılıb. Bu isə sözügedən sahədə mal dövriyyəsinin həcminə aydınlıq gətirir.
Maraqlıdır, bəs istifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istifadə müddəti bitmiş məhsullar əvvəlcə satış zalından çıxarılır, daha sonra distribütora təhvil verilir və istehsalçıya qaytarılır. Onun sözlərinə görə, bundan sonrakı mərhələ ilə bağlı şəffaflıq yoxdur.
Eyyub Hüseynov qeyd edib ki, müxtəlif vaxtlarda dövlət orqanları yararlılıq müddəti bitmiş məhsulların üzərində dəyişiklik edilərək yenidən dövriyyəyə buraxılması faktlarını da aşkarlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















