Icma.az
close
up
RU
Bazarstore istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... FOTOFAKT

Bazarstore istifadə müddəti bitmiş, qurdlu şokoladları yeni məhsulların içinə qatır... FOTOFAKT

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Son illər xırda mağazaların rəqabətə davam gətirməyərək sıradan çıxması supermarketlərə “qol-qanad” verib. Belə desək, istehlakçıların geniş seçim imkanı olmadığından, hər kəs evinin, iş yerinin yaxınlığındakı iri marketlərdən alış-veriş etməyə məcburdur. Bu cür marketlərin sayı çox olmasa da, demək olar ki, iş prinsipləri eynidir. Yəni biri digərinin təkrarıdır. Eynilə, xidmət səviyyələri də oxşardır. Belə ki, hər bir supermarket seçim imkanı tanınmayan alıcıya öz istədiyi məhsulu satmaq, daha doğrusu, sırımaq istiqamətində baş sındırır. Bu zaman istehlakçı hüquqları qətiyyən nəzərə alınmır. Hətta, bir çox hallarda satışda zay, istifadəyə yararsız məhsullar da olur ki, bu da insanların sağlamlığını təhlükəyə atır. Bu gün "Bazarstore" marketlər şəbəkəsinin filialında qarşılaşdığımız mənzərə də dediklərimizin bariz nümunəsiz ola bilər.

Qeyd edək ki, son vaxtlar vətəndaşlar "Bazarstore" supermarketlərində satılan məhsulların keyfiyyətindən narazılıq edirlə. İstər sosial şəbəkələrdə, istər də mətbuatda "Bazarstore" filiallarında istifadə müddəti bitmiş məhsulların satışa çxıarıldığı haqda dəfələrlə şikayətlərlə qarşılaşmışıq. Müştərilər əsasən də istifadə müddəti bitmiş konfetlər, şokoladlar və şirniyyatların yenilərinin arasına qatılmasından şikayətçidirlər...

Əlbəttə, yalnız adını çəkdimiz marketdə yox, bir çox iri market şəbəkələrində keyfiyyətsiz, qurdlu, vaxtı keçmiş məhsulların satışa çıxarıldığı haqda şikayətlər var. Yəni köhnə, yararsız, ovulan və qurdlu konfet-şokoladların “od qiymətinə” satılması halları getdikcə artır. Demək olar ki, hər gün müxtəlif marketlərdən müştəri şikayətləri eşidilir, yararsız məhsulların şəkilləri paylaşılır. Amma şəbəkə sahibləri bunlardan heç narahat da olmurlar. Elə bir market yoxdur ki, orada yararsız, keyfiyyətsiz məhsul olmasın. Bu məhsullar “endirim” adı altında istehlakçıya sırınır. Üstəlik, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasında fərq də ayır bir problemdir...

Məlumat üçün bildirək ki, bu gün - 03.04.2025-ci il, saat 10:17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 193 ünvanında yerləşən “Bazarstore” mağazasından alış-veriş edən əməkdaşımız da növbəti qanunsuzluqla rastlaşıb. Belə ki, iş yerinə qayıtdıqdan sonra mağazadan aldığı şokoladın - "РотФронт" şirkətinin istehsalı olan “конфеты славянслий простор” şokoladlarının qurdlu olduğu məlum olub. Maraqlıdır ki, əməkdaşımız marketdə olduğu zaman işçilər arasında olan söhbəti eşidib. Onlardan biri digərinə deyirmiş ki, “istifadə müddəti bitmiş məhsulları yenilərin içinə qatmağa məcbur edirlər, müştərilər də gəlib tez-tez şikayət edir...”. Əslində, mağazadan alınan “конфеты славянслий простор” şokoladlarının hamısının deyil, təxminən yarım kiloqramın içərisindən 4-5 ədədinin qurdlu olması da təsdiq edir ki, yeni məhsulların içərisinə istifadə müddəti bitmiş şokoladlar qarışdırılıb...

Onu da qeyd edək ki, hazırda həmin qurdlu şokoladlar redaksiyamızda saxlanılır, iş gününün sonunda aparıb “Bazarstore”a “təhvil verəcəyik”. Şübhəsiz, qarşıdakı günlərdə bu mağazadan şikayət edən alıcıların da mövqeyini dərc etməyə çalışacağıq.

Yeri gəlmişkən, əksər vətəndaşlarımız bu kimi hallarda aldıqları keyfiyyətsiz qida məhsullarını aparıb mağazaya qaytarmır. Görünür, bu da market rəhbərlərini öz qanunsuz əməllərini daha da artırmağa həvəsləndirir. Odur ki, hər bizimiz keyfiyyətsiz məhsullarla qarşılaşdığı zaman Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xətti ilə əlaqə saxlayaraq, məlumat verməliyik. Əgər marketdə bircə konfet qurdlu olsa belə, qanunvericiliyə görə, həmin marketi ən az 1500 manat cərimə gözləyir. Hər bir vətəndaş bunu etsə və şikayətinin icra olunub-olunmaması ilə maraqlansa, əminik ki, sağlamlığımızı təhlükəyə atan keyfiyyətsiz qidaları almaqda canımızı qurtara bilərik. Şəbəkə rəhbərləri qazanc əldə etmək istədikləri kimi, biz istehlakçılar da bu cür işbazların öz pulumuzla həyatımıza təhlükəyə atmasına imkan verməməliyik.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

P.S. Sonda bir daha qeyd edək ki, Azərbaycanda qida təhlükəsizliyi məsələləri ilə bağlı qanunvericilik olsa da, bu cür halların qarşısını almaq üçün daha ciddi nəzarət və təftişlərin həyata keçirilməsi vacibdir. İstehlakçılar aldıqları məhsulun qüsurlu olması və ya zərərli olması hallarında müvafiq orqanlara müraciət etməli, məhsulun geri qaytarılması və ya müvafiq tədbirlərin görülməsi üçün hüquqlarını tələb etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri