İstilik idarəsinin işçisi azyaşlı qıza qarşı quldurluq etdi VİDEO
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.
Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Soyuqlar qabağı Yasamalda istilik PROBLEMİ VİDEO
11 Oktyabr 2025 19:02
İstilik verildi, ancaq...
17 Noyabr 2024 13:37
Barselona istilik dalğasına qarşı “iqlim sığınacaqları” qurur...
05 İyul 2025 21:05
Bakıda ikiotaqlı mənzillərə istilik verilmir İDDİA VİDEO
20 Noyabr 2024 10:53
İstilik cihazları quraşdırılarkən nələrə diqqət edilməlidir? VİDEO
01 Dekabr 2024 18:00
Baxış sayı:120
Bu xəbər 29 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















