“Miqyas baxımından böyük məbləğ deyil” İqtisadçı Bakının İrəvana neft ixracından danışdı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan özü daxili tələbatı ödəmək üçün xaricdən benzin idxal etdiyi halda, Ermənistana 22 vaqon “Aİ-95” göndərir. Amma bu klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş siyasi addımdır və doğru qərardır”.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov sosial şəbəkədəki səhifəsində yazıb.
İqtisadçı bildirir ki. söhbət miqyas baxımından böyük məbləğdən getmir: “Bir vaqon təxminən 55–60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqon bir neçə milyon dollar edir. Yəni bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də onsuz da bu hədiyyə deyil, satılır və pulu alınır”.
E.Əmirov qeyd edir ki, həm də əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının qoyulmasıdır və bu rol zamanla artacaq: “Bu isə sülhü praktik olaraq möhkəmləndirən amildir. Bu cür addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına xidmət edir”.
“Ən başlıcası isə bu proses bir məqsədə yönəlib – Azərbaycan əsgəri bir də şəhid olmasın, anaların ürəyi parçalanıb, gözləri qan ağlamasın”, – deyə Eldəniz Əmirov fikrini yekinlaşdırıb.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:Regionlararası miqyas: Bakının yeni rolu
22 Aprel 2025 11:39
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
18 Noyabr 2024 08:47
Pakistan Əfqanıstan savaşı böyük miqyas alacaqmı? (ŞƏRH)
13 Oktyabr 2025 13:50
Əhmədian niyə Bakının ardınca İrəvana getdi? AÇIQLAMA
09 Yanvar 2025 17:07
Baxış sayı:98
Bu xəbər 18 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















