Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

“İstiqlal söhbətləri” həm də Mirşahinin ilk kitabıdır

“İstiqlal söhbətləri” həm də Mirşahinin ilk kitabıdır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Mətbuat Şurasında Azərbaycan mətbuatının cəfakeş araşdırmaçısı ustad Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yeni çapdan çıxmış nəşrdə əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla həm ANS TV-də, həm də Real TV-dəki müsahibələrinin, həmçinin, “Youtube”dəki səs yazılarının mətni toplanıb. Bütün bu işlər AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli tərəfindən başa çatdırılıb. Müsahibələri Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə edib.

R.Məcid onu da bildirib ki, Ş.Hüseynov dünyasını dəyişməsindən sonra həyat yoldaşı Ülkər Hüseynova tərəfindən ustadın bir sıra kitabları nəşr olunub. “İstiqlal söhbətləri” də onlardan biridir. Kitabı məxsusi edən isə Mirşahin Ağayevin mahir jurnalist sənətkarlığıdır. Ona görə də bugünkü təqdimatı həm də onun ilk kitabının təqdimatı kimi də dəyərləndirmək mümkündür.

Real TV-nin rəhbəri Mirşahin Ağayev çıxışında  nəşrin ərsəyə gəlməsində Ü.Hüseynovanın rolunu xüsusi vurğulayıb, ona təşəkkürünü çatdırıb. O, Şirməmməd Hüseynovun “tarix dünənin jurnalistikası, jurnalistika bu günün tarixidir” fikirlərinə söykəndiyini bildirib, “İstiqlal söhbətləri”nin Azərbaycan tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətinə diqqət çəkib. M.Ağayev, həmçinin, Ş.Hüseynov yaradıcılığının xalq, dövlət naminə dərin məsuliyyət hissi olduğunu vurğulayıb və bu məqamın müsahibələrdən duyulduğunu da bildirərək, nəşrin hər bir azərbaycanlının stolüstü kitabı olması zərurətini əsaslandırıb.

Çıxış edənlərdən “İstiqlal söhbətləri” kitabının redaktorları - Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər və MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, həmin fakültənin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, BDU-nun Milli mətbuat tarixi kafedrasının dosenti Aygül Əzimova  və başqaları təqdimatı keçirilən nəşri ustad Şirməmməd Hüseynovun ruhuna ehtiramın növbəti bariz nümunəsi kimi dəyərləndiriblər. Onlar, həmçinin, Ş.Hüseynov yaradıcılığının dövlətçilik amallarına xidmət ruhunda qurulduğunu bildirərək, “İstiqlal söhbətləri”ndə toplanmış materialların və müsahibələrin bu baxımdan yüksək əhəmiyyətini önə çəkərək, kitabı həm Azərbaycan tarixi, həm də mətbuat tariximiz üçün vacib edən məqamlara nəzər salıb, ustadla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri