Icma.az
close
up
RU
“İstisu” və “Ağdam” şərabı Ermənistanda da satılacaq Azərbaycan deputatlarından REAKSİYA

“İstisu” və “Ağdam” şərabı Ermənistanda da satılacaq Azərbaycan deputatlarından REAKSİYA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan iki ölkə arasında uzunmüddətli perspektivdə münasibətlərin normallaşmasının qaçılmaz olduğunu bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında gələcəkdə vahid bazar formalaşacaq, qarşılıqlı ticarət adi hala çevriləcək.

Simonyan çıxışında bildirib ki, ermənilər və azərbaycanlılar bu gün Moskvada və digər ölkələrdə birgə biznes qurur, dostluq edir, sosial münasibətlər saxlayırlar: “Bizim mağazalarda Azərbaycan malları olacaq, Bakı və digər şəhərlərdə isə erməni məhsulları satılacaq. İndiki gərginlik və düşmənçilik hissləri zamanla yox olacaq.”

O, eyni zamanda müharibə illərində hər iki tərəfin böyük itkilər verdiyini xatırladaraq əlavə edib: “Biz də adam öldürmüşük, Azərbaycan tərəfdən də insanlar həlak olub. Hər iki xalqın yaraları hələ təzədir, amma bu həssaslıq tədricən azalacaq.”

Spikerin sözlərinə görə, hazırda əsas prioritet mümkün qədər tez bir zamanda regionda kommunikasiya xətlərinin açılmasıdır. Bu, həm iqtisadi inteqrasiya, həm də sülh prosesinə inamın möhkəmlənməsi üçün vacib addım kimi qiymətləndirilir.

Simonyanın çıxışı Bakıda da maraqla qarşılanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Modern.az-a deyib ki, sülh sazişi imzalandıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər bərpa olunmalı, ardınca isə iqtisadi əlaqələr genişlənməlidir.

O qeyd edib ki, Ermənistanda Azərbaycanın neft, qaz və kimya sənayesi məhsullarına tələbat var: “Gələcəkdə "İstisu" mineral sularımız və Ağdam şərabımız da orada satıla bilər. Burada qeyri-adi heç nə yoxdur.”

Deputat eyni zamanda əsas maneənin Ermənistan konstitusiyasında Azərbaycana qarşı saxlanılan ərazi iddiaları olduğunu xatırladıb. Bakı dəfələrlə bəyan edib ki, bu müddəa dəyişdirilmədən yekun sülh müqaviləsi imzalanmayacaq. Vaşinqtonda paraflanmış saziş layihəsi isə göstərir ki, tərəflər razılığa yaxınlaşmaq istiqamətində mühüm addımlar atır.

Milli Məclisin deputatı Vüqar Bayramov isə iqtisadi əlaqələrə diqqət çəkib. Onun sözlərinə görə, kommunikasiya xətlərinin açılması və yekun sazişin imzalanması regionda ticarət əlaqələrinə də yol açacaq: “Müqayisəli üstünlüyə malik məhsullar Ermənistan bazarına çıxarıla bilər. Əsasən qeyri-neft sektoruna aid malların ixracı daha real görünür. Ermənistan da müəyyən məhsullar ixrac edə bilər. Amma iş adamlarının əməkdaşlıq ənənəsinin formalaşması üçün zamana ehtiyac olacaq.”

Ekspertlər hesab edirlər ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilərsə, yekun sülh müqaviləsinin imzalanması və iqtisadi əməkdaşlığın genişlənməsi real perspektivə çevriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri