Icma.az
close
up
RU
Norveçli ekspert: Azərbaycan şərabı ən yaxşılar sırasındadır

Norveçli ekspert: Azərbaycan şərabı ən yaxşılar sırasındadır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Stokholm, 22 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

2013-cü ildən bəri “Aftenposten” nəşri üçün yazan tanınmış Norveç şərab icmalçısı İnqvild Tennfyord mövsümün ən maraqlı kəşfləri sırasına Azərbaycan şərabını daxil edib.

AZƏRTAC xəbər verir ki, “Yeni dad ovunda” adlı yeni köşəsində o, müxtəlif ölkələrdən olan altı şərabı təqdim edib və onun sözlərinə görə, bu şərablar yeni “dad qapıları”nı açır.

İ.Tennfyord diplomlu somelye, şərab və spirtli içkilər sahəsində Təhsil Fondunun məzunu, şərab haqqında doqquz kitabın müəllifi və kənd təsərrüfatı və şərabçılıq sahəsində xüsusi nailiyyətlərə görə təltif edilən Mérite Agricole Fransa Ordeni kavaleridir.

Ekspertin tövsiyə etdiyi şərablar arasında Azərbaycan, İtaliya, Sloveniya, Gürcüstan, Fransa və Livan içkiləri var.

“İtaliyada yaşadığım zaman onların regional şəkildə içməyinə həmişə heyran qalırdım. Hətta qonşu bölgədən şərab artıq nadir haldır. Siz isə Norveçdə yaşayırsınız və seçim etmək üçün 36 min şərabınız var. İnanın mənə, bu, bolluqdur”, - deyə somelye yazır.

Sloveniya və Gürcüstandan olan şərablar altı ballıq Norveç şkalası üzrə 5 bal alıb, burada 6 nəzərəçarpan keyfiyyət, 5 isə əla deməkdir.

“Ismayilli Chabiant Bayan Shira” Azərbaycan şərabı İtaliya, Fransa və Livan şərabları ilə yanaşı, ən yüksək 6 bal alıb.

İ.Tennfyord ağ quru şərabı şortəhər, təravətli və olduqca xoş dadlı, balıq və ağ ətlə mükəmməl uyğunlaşan kimi təsvir edib. O, qeyd edib ki, Azərbaycan şərabçıları beynəlxalq səviyyədə rəqabət apara biləcək məhsullar yaradırlar.

Beləliklə, Azərbaycan şərabı həm Köhnə, həm də Yeni Dünyanın ən yaxşı nümunələri ilə yanaşı, reytinqdə ən yüksək göstəricilərə malik olanlar arasında yer alıb və bu da ölkənin qlobal şərab xəritəsindəki mövqeyini inamla möhkəmləndirdiyini təsdiqlədi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see434

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see322

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see308

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see306

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see299

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see281

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see279

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see277

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see275

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see270

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see265

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see263

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see256

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see253

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see245

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see240

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see235

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see232

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see217

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri