Icma.az
close
up
RU
İsveç deportasiyanı sürətləndirmək üçün Somali hökumətinin hesabına milyonlarla kron köçürüb

İsveç deportasiyanı sürətləndirmək üçün Somali hökumətinin hesabına milyonlarla kron köçürüb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 28 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

“Dagens Nyheter” nəşrinə məlum olub ki, İsveç hökuməti bu ölkədən deportasiya olunacaq Somali vətəndaşların öz vətənlərinə qayıtmasını sürətləndirmək məqsədilə qarşı tərəfin hökumətinə gizli olaraq 5 milyon kron (467 min dollar) vəsait köçürüb.

AZƏRTAC xəbər verir ki, vəsait Somali hökumət aparatında hər birinin aylıq əməkhaqqı yerli maaşlardan bir neçə dəfə artıq - 100.000 krondan (təqribən 9.000 dollar) çox olan üç vəzifənin maliyyələşdirilməsinə sərf olunub. Mənbələrə görə, bu vəzifələr Somali Baş nazirinə yaxın şəxslərin qohumlarına verilib. Maliyyə vəsaiti rəsmi inkişaf büdcəsindən yan keçərək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Somali ofisi vasitəsilə köçürülüb.

Qərarı İsveçin miqrasiya naziri Yohan Forssel imzalayıb. Sənəddə bildirilir ki, ödənişin məqsədi Somalinin miqrasiya və geri qayıtma məsələlərini həll etmək potensialını gücləndirməkdir. Lakin sənədlər üçün sorğu zamanı materialların əksəriyyətinin məxfi saxlanıldığı, İsveçin öz layihə sənədləri və monitorinq sisteminin mövcud olmadığı aşkar edilib.

Oktyabrın əvvəlində İsveçin “Ekot” radiosunun Xəbərlər departamenti 2023-cü ilin dekabr ayında Stokholmun Somali hökuməti ilə gizli razılaşma əldə etdiyini və beynəlxalq yardım büdcəsindən 100 milyon kron (9,2 milyon dollar) məbləğin Somali Baş nazirinin ofisi ilə əlaqəli layihələrə yönəldiyini açıqlayıb. Bunun müqabilində Somali İsveçdən deportasiya edilmiş vətəndaşlarını geri qəbul etməyə razı olub.

Mətbuata müsahibəsində Forssell köçürməni təsdiqləyib, BMqT-nin nüfuzlu BMT agentliyi olduğunu və onun qərarlarını şübhə altına almaq üçün heç bir səbəb olmadığını bildirib.

O, həmçinin təşəbbüsün, xüsusən də cinayət törətməkdə məhkum edilmiş şəxslərin deportasiya sayını artırmağa yönəldiyini vurğulayıb. Şişirdilmiş əməkhaqqı və mümkün pozuntular barədə sualı cavablandıran nazir maaşların BMqT tərəfindən təyin olunduğunu və İsveç tərəfinin sui-istifadə hallarına dair heç bir dəlil görmədiyini deyib.

Siyasi müxalifət hadisəyə kəskin reaksiya verib. Sosial Demokratlar və Sol Partiya parlamentin Konstitusiya komitəsinə şikayət ərizəsi vermək niyyətində olduqlarını açıqlayıb.

Sabiq ədliyyə naziri Morqan Yohansson ödənişləri “təmiz rüşvət” adlandırıb.

Forssell ittihamları rədd edərək bildirib ki, əvvəlki hökumətdən fərqli olaraq, hazırkı kabinet cinayətkarların əsl deportasiyasını həyata keçirir.

Bu arada, ötən həftəyə planlaşdırılan deportasiya ediləcək somalililəri daşıyan reyslərdən biri son anda ləğv olunub. Somali hakimiyyəti gizli maliyyələşdirmə ilə bağlı açıqlamalardan sonra təyyarəni qəbul etməkdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri