Icma.az
close
up
RU
İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 12 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə birgə bu ölkədə yaşayan soydaşlarımız da iştirak ediblər. Əvvəlcə Ulu Öndərin səfirlikdəki fotoşəkili önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçılarının qarşısında çıxış edən səfir Zaur Əhmədov Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağını, Heydər Əliyev irsinin gələcək nəsillərə örnək və tədqiqat mövzusu olacağını söyləyib.

“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə Zaur Əhmədov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see183

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see146

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri