Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

İsveçli deputatın İrəvanla “kəsişən” maraqları

İsveçli deputatın İrəvanla “kəsişən” maraqları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hakimiyyəti bir müddət öncə irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsini yenidən canlandırmağa çalışır. Ölkənin rəsmi şəxsləri, eləcə də hakimiyyətə yaxınlığı ilə seçilən bəzi ekspertlər son günlər bir-birinin ardınca bu istiqamətdə açıqlamalar verirlər. Bu açıqlamalarda, təbii ki, layihənin regionun inkişafı üçün müsbət perspektiv vəd etdiyi bildirilir.

Məsələn, bir neçə gün öncə ölkənin dövlət informasiya agentliyi olan “Armenpress” bu istiqamətdə siyasi analitik Armen Petrosyanın fikirlərini yayımlamışdı. Petrosyan bildirmişdi ki, Cənubi Qafqaz regionunda 2024-cü il üçün bütünlüklə xarakterik olan qeyri-müəyyən vəziyyət davam edir. Onun sözlərinə görə, qeyri-müəyyənliyin qalması Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinin dalana dirənməsi (?), eləcə də Gürcüstanda cərəyan edən proseslərlə bağlıdır. İddia edib ki, bu qeyri-müəyyən vəziyyət bəlkə daha da artıb. Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət, hadisələrin mümkün inkişafı və bu kontekstdə “Dünyanın kəsişməsi” təşəbbüsünün həyata keçirilməsinə toxunan politoloq deyib: “İki paralel situasiya regionumuzda təkcə hamılıqla qəbul edilmiş məqbul yolla deyil, həm də geopolitik rəqabət nöqteyi-nəzərindən qeyri-müəyyənlik üçün əsaslar formalaşdırmaqda davam edir. Gürcüstandakı mövcud vəziyyət və Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesinin geosiyasi təbəqələri, qlobal rəqabət elementləri var ki, bu da təbii olaraq, mənfi təsir göstərir və bizim regionda ümumi risk fonunu artırır”.

Politoloq daha sonra hay xislətinə uyğun olaraq, Azərbaycanı ittiham edib. Deyib ki, guya, Azərbaycan düşünülmüş müxtəlif səbəblərə görə, Ermənistanla münasibətləri normallaşdırmaqdan imtina edir. Bu isə xarici aktorların regionda və onun hüdudlarından kənarda gedən proseslərə müəyyən təsir göstərməyə çalışmasına imkan yaradır: “Rusiya Federasiyasının son vaxtlar 2020-ci il 10 noyabr formatını yenidən siyasi və təbliğati səviyyədə gündəmə gətirdiyi nəzərə çarpır. Türkiyədən də Azərbaycanın maraqlarını təşviq etməklə və regional proseslərə təsir göstərməklə nizamlanma prosesi üçün zəmin hazırlamağa çalışan müəyyən aktivlik hiss olunur. Həmçinin ABŞ-ın yeni administrasiyanın fəaliyyətindən də müəyyən gözləntilər var”.

Bundan sonra Petrosyan sözünün, necə deyərlər, mustafasını deyib. Ermənistan baş naziri tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” təşəbbüsünün hazırkı proseslər kontekstində həyat qabiliyyəti məsələsinə toxunan politoloq vurğulayıb ki, Cənubi Qafqazdakı problemlər arasında “ən təhlükəlisi” regional yolların bağlanması prosesidir: “Burada Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə yanaşı, konkret olaraq yolların açılması məsələsində regional və ya qeyri-regional maraqların toqquşması tendensiyası açıq şəkildə müşahidə olunur. Ermənistan kommunikasiyaların açılmasını dörd məlum prinsip üzrə həyata keçirməyə hazır olduğunu bildirir. Azərbaycan bu prosesi dəhliz məntiqinə uyğun həyata keçirməyə çalışır. Türkiyə yolların açılması prosesinin Azərbaycanın maraqlarına uyğun olmasını istəyir, onunla Türk dünyası arasında sabit əlaqə kanalı, yaxud Mərkəzi Asiya ölkələrinə çıxış tələb edir. İran bu kanalın onun ərazisindən keçməsini, Rusiya öz növbəsində yolun Ermənistan ərazisindən keçən hissəsinin Moskvanın nəzarətində olmasını istəyir. ABŞ Rusiyanın heç bir nəzarətinin olmamasına və İran ərazisindən istifadə edilməməsinə çalışır”.

O əlavə edib ki, ümumiyyətlə, kommunikasiyaların açılması prosesinin xüsusiyyətləri var: “Azərbaycan onu Zəngəzur dəhlizi, İran “Araz dəhlizi”, Ermənistan isə “Dünyanın kəsişməsi” adlandırır. Yəni, regionumuzun ən ağrılı problemi – yolların açılması məsələsi həll olunana qədər, təbii ki, rəqabət və müxtəlif layihələrin təşviqi gündəmdə qalacaq”.

Əlbəttə, A.Petrosyanın digər haylara xas yanaşma nümayiş etdirəcəyi gözlənilən idi. O, hər bir məsələdən danışsa da, yaranmış vəziyyətin başlıca baiskarının rəsmi İrəvan olduğunu demir. Paşinyan iqtidarı xarici havadarlarının köməyi ilə ötən 4 il ərzində siyasi-diplomatik sahədə yalnız vaxt uzatmaqla məşğuldur və məsələnin mahiyyətindən kənar bir sıra ideyalar irəli sürür. “Dünyanın kəsişməsi” də belə ideyalardan biridir.

Petrosyanın qeyd etdiyi yolların açılması məsələsində regional və ya qeyri-regional maraqların toqquşması tendensiyasını formalaşdıran da Paşinyan iqtidarıdır. Məhz İrəvandakı “başbilənlər” bölgəyə kənar geosiyasi aktorları dəvət etməklə məsələyə beynəlxalq ton verməyə çalışırlar. Məsələ o qədər gərgin, o qədər ziddiyyətli mərhələyə qədəm qoydu ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu ilin avqustunda açıqlama verərək, tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla, nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirdi. Qeyd etdi ki, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə edilib.

Hazırda Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsində kommunikasiya xətlərinin açılması ilə bağlı bir cümlə də yoxdur. Bu məsələnin gecikdirilməsinin, danışıqlardan kənarda qalmasının suçu Ermənistan hakimiyyətinin üzərindədir. Belə olan təqdirdə İrəvanın müxtəlif layihələrlə çıxış etməsi, onun baş tutmasına çalışması tamamilə absurd və məntiqdən kənardır.

Onu da bildirək ki, Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanın məlum təşəbbüsü barədə danışarkən demişdir: “Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Buna baxmayaraq, “Armenpress”in saytında dünən yenə də bu istiqamətdə açıqlama yerləşdirilib. Bu dəfə İsveç parlamentinin üzvü Erik Helsbornun fikirlərinə yer verilib. Deputat Ermənistanın “Dünyanın kəsişməsi” layihəsini və İrəvanın bu istiqamətdə təşəbbüsünü müsbət qiymətləndirdiyini bildirib.

Cənubi Qafqazda kommunikasiyaların açılmasına, eləcə də bu məsələ ilə bağlı İrəvanla Bakı arasında fikir ayrılığına toxunan E.Helsborn deyib: “İrəvanın problemi həll etmək üçün fəal işlədiyini görmək xoşdur”. O, bu məsələdə Ermənistanın mövqeyindən çıxış edib və vurğulayıb ki, Ermənistan ərazisindən yükdaşımalar “İrəvanın şərtlərinə uyğun” həyata keçirilməlidir. “Aydındır ki, Azərbaycan öz əsas ərazisindən qərb anklavının ərazisinə (Naxçıvan Muxtar Respublikası nəzərdə tutulur–S.H.) insanların və yüklərin daşınmasını asanlaşdırmaq istəyir. Ancaq bu proses Ermənistanın şərtləri ilə həyata keçirilməlidir” – deməklə İrəvanın əsassız iddialarına haqq qazandırmış olub.

O, daha sonra öz cəfəng danışığında bir qədər də irəli gedərək N.Paşinyanın Azərbaycan Konstitusiyasında guya Ermənistan ərazisi ilə bağlı iddiaların yer alması fikirlərinə haqq qazandırıb. “Azərbaycanın təcavüz tarixini nəzərə alaraq deyərdim ki, bu cür narahatlıqları başa düşmək olar” – deyə sərsəmləyib.

İsveçli deputatın fikirlərinə münasibət bildirən “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova dedi ki, Qərb heç bir halda Cənubi Qafqazı əldən buraxmaq istəmir. Onun sözlərinə görə, onların Gürcüstan üzrə planları iflasa uğrayıb, indi ümid Ermənistana qalıb: “Qərb Cənubi Qafqazda Ermənistan vasitəsilə möhkəmlənmək istəyir. Azərbaycan isə bölgənin ən güclü, ən inkişaf etmiş ölkəsi olduğu üçün Ermənistanı əllərində alətə çevirərək bizə qarşı istifadə etməyə çalışırlar”.

Müsahibimiz bildirdi ki, isveçli deputatın sözləri, ümumiyyətlə, gülüş doğurur və cəfəngiyyatdır: “O qeyd edir ki, Azərbaycan Ermənistanın suverenliyinə qəsd edə bilər. Öz fikirlərini belə əsaslandırmağa çalışır ki, guya, biz bunu daha əvvəl də etmişik. Görünən odur ki, bu deputat tarixi bilmir. Ən azı yaxın tarixdən xəbərsizdir. O, 1988-ci ildən bu yana Ermənistanın Azərbaycan dövlətinə və xalqına yaşatdığı olmazın müsibətləri görmür. Daha doğrusu, görmək istəmir. Onun qulaqları da bu barədə xəbərləri eşitmək istəmir. Əgər eşitmək istəsəydi, eşidərdi. Çünki biz bu barədə hər yerdə danışırıq. İnternetdə açıq mənbələrdə bununla bağlı kifayət qədər material var. Məsləhət görərdim ki, onlarla tanış olsun. Ancaq bu materiallarla tanışlıq ona sərf etmir. Onu danışdıran erməni lobbisinin verdiyi pullardır. Böyük ehtimalla deputat Erik Helsborn da erməni lobbisindən böyük məbləğdə vəsait alanlar sırasındadır. Ona görə də ermənilərin maraqlarından çıxış edərək regionda kommunikasiyaların açılmasına onların maraqları nöqteyi-nəzərindən yanaşır və bununla bağlı canfəşanlıq edir. O, tarixi reallıqları açıq-aydın təhrif edir”.

Politoloq qeyd etdi ki, Ermənistanın nəqliyyat kommunikasiyalarına təkbaşına nəzarət etməsi, Naxçıvana, başqa sözlə Azərbaycanın bir bölgəsindən digərinə gedən vətəndaşlarımızla bağlı pasport və gömrük yoxlaması həyata keçirmək istəyi bizim üçün böyük təhlükə deməkdir: “Ermənistan Azərbaycanın suveren ərazilərini “Artsax” adlandıraraq onu işğal etmiş ölkədir. Bu işğal nəticəsində ölkəmiz böyük insan itkisinə və maddi ziyana məruz qalıb. Prezident İlham Əliyev dekabrın 17-də verdiyi müsahibə zamanı bildirdi ki, bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Biz bunu heç zaman unutmamışıq və unutmayacağıq. Bu mənada Ermənistana etibar etməkdən danışmaq hələ çox tezdir. Biz yola yalnız üçüncü ölkənin nəzarət etməsinə razılıq verə bilərik. Bütövlükdə, ölkə, xalq olaraq nəqliyyat kommunikasiyalarının açılmasına maraqlıyıq. Çünki bu zaman vətəndaşlarımız Naxçıvana daha rahat gediş-gəliş imkanı əldə edəcək və yüklərin daşınması da asanlaşacaq”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri