Icma.az
close
up
RU
“İsveçlilər oyuna motivasiyasız çıxa bilər, onda...” Ponomaryov da yığmadan heç nə gözləmir

“İsveçlilər oyuna motivasiyasız çıxa bilər, onda...” Ponomaryov da yığmadan heç nə gözləmir

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millətlər Liqasında 5-ci tur da yığmamıza qələbə gətirmədi. Hərçənd qələbə D liqasına yuvarlanmağımızı əngəlləyə bilərdi. Belədə İsveçlə səfər oyununda nəyəsə ümid etməyə dəyərmi?

Bu sualla Azərbaycan futbolunun tanınan veteranlarından biri, İsveçdə oynamış və məşqçi kimi çalışmış İqor Pomomaryova müraciət etdik:

“Qəbələdə Estoniya millisi ilə oyunumuzu çoxları gördü. Oyunla bağlı qəti fikir söyləmək çətindi. Matça zəif başladıq. Görüşün əvvəlində qol buraxmamağımız yaxşıdı. Evdə oynayanda daha aqressiv olmalıyıq. İnanın ki, biz qol vursaydıq, rəqibin heç bir şansı olmayacaqdı. Birinci hissənin bitməsinə təxminən 10 dəqiqə qalmış oyuna nəzarəti ələ aldıq. İkinci hissə bizim diqtəmiz altında keçdi. Və təbii ki, qol vurmalıydıq. Gördüyüm o oldu ki, biz fərdi baxımdan rəqibdən güclü idik. Evdə Estoniyaya qalib gələ bilməyəndən sonra səfərdən qələbə ilə qayıdacağımızı düşünmək sadəlövhlük olardı. İsveç artıq 1-ci yeri təmin edib, bu oyun rəqib üçün elə də vacib deyil. İsveçlilər oyuna motivasiyasız çıxa bilər, onda komandamız nəyə qadir olduğunu göstərməli olacaq. Futbolda necə deyərlər, meydan düz, top yumrudu. Bundan yararlana bilsək, yaxşı olar”.


“D liqasının astanasındayıq. Adlı-sanlı veteranlardan biri kimi belə aqibət sizi nə dərəcədə narahat edir” sualına isə Ponomaryov belə cavab verdi:

“Bilirik ki, bu, futbolumuz üçün çox da yaxşı deyil. Reytinqdə daha da aşağı düşəcəyik. Siz də bütün gənclərdən ibarət komandalarımıza baxırsınız, uduzurlar, elə hey uduzurlar. Həm də böyük hesabla. Görəsən, gələcəkdə futbolumuzu nələr gözləyir? Nə qədər əcnəbi məşqçimiz olub, onlar bu qədər yaxşıdısa, niyə inkişaf etmirik? Uşaqlarımız niyə bərbad meydançalarda oynayırlar? Bir çox məsələlər həll olunana qədər belə qalacaq”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri