İsveçrədə avtobus yandı: Altı ölü, xeyli yaralı var VİDEO
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçrənin qərbindəki Kerzers şəhərində avtobusda baş verən yanğın nəticəsində ən azı altı nəfər ölüb, çox sayda yaralı var.
Oxu.Az xəbər verir ki, bu barədə AP portalı yerli polisə istinadən məlumat yayıb. Qeyd olunub ki, ağır xəsarət alan üç nəfər xəstəxanaya aparılıb, daha iki nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Polis nümayəndəsi Frederik Paponun sözlərinə görə hadisənin qəsdən törədilməsi ehtimalı nəzərdən keçirilir, lakin son nəticələr araşdırma başa çatdıqdan sonra veriləcək.
Prokurorluq faciənin səbəblərini müəyyən etmək üçün cinayət işi açıb.
Bildirilib ki, yanan avtobus İsveçrə milli poçt xidmətinin nəzdindəki "PostBus" şirkətinə məxsus olub. Ölkə mediası nəqliyyat vasitəsinin tamamilə alov içində olduğunu göstərən görüntülər yayımlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Mart 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















