İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var
Icma.az, Azertag saytına istinadən bildirir.
Berlin, 30 avqust, AZƏRTAC
İsveçrənin Arqau kantonunun Aarau şəhərində keçirilən elektron musiqi festivalı zamanı silahlı insident baş verib.
AZƏRTAC xəbər verir ki, kanton polisinin məlumatında hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı qeyd olunub. Ölənlərin olub-olmadığı hələlik məlum deyil.
Atəş səsləri gecə saat 02:30 radələrində şəhərin Şaxen rayonundakı atçılıq meydanında təşkil olunan və təxminən 3500 nəfərin iştirak etdiyi “Aarauer Rave” texnofestivalı zamanı eşidilib. Hadisə yerindən yayılan görüntülərdə təxminən 10 atəş səsinin eşidildiyi bildirilir. Şahidlərin sözlərinə görə, bəzi iştirakçılar atəş səslərindən sonra DJ masasının altında gizləniblər.
Polis əraziyə genişmiqyaslı qüvvələr cəlb edib və vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Yanğınsöndürənlər, fövqəladə hallar bölmələri və orduya məxsus helikopter də əməliyyata cəlb olunub.
Hadisənin səbəbləri və atəş açan şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 30 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















