Icma.az
close
up
RU
İsveçrədə Qarabağ atının büstü açılıb

İsveçrədə Qarabağ atının büstü açılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Solotrun, 7 iyun, AZƏRTAC

İsveçrə Konfederasiyasının Soloturn şəhərində Azərbaycan Atçılıq Federasiyası və Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ atına həsr olunmuş büstün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras çıxış edərək, büstün dərnəyə hədiyyə olunmasına görə təşəkkürünü bildirib. Bu təşəbbüsün İsveçrədə yaşayan Azərbaycan icması üçün xüsusi mənəvi və mədəni dəyər daşıdığını qeyd edib. Mərkəzin 1992-ci ildən fəaliyyət göstərdiyini söyləyən Cevzet Aras Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi vurğulayıb.

Sonra ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov Qarabağ atına həsr olunmuş büstün açılışının mühüm rəmzi və mədəni əhəmiyyət daşıdığını bildirib. Səfir qeyd edib ki, Qarabağ atı Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini və milli kimliyini təcəssüm etdirən simvollardan biridir.

Səfir belə təşəbbüslərin xaricdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, Azərbaycan mədəniyyətinin tanıdılmasına və diaspor təşkilatları arasında həmrəyliyin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini deyib. Vurğulayıb ki, bu cür abidələr gənc nəsildə Vətənə bağlılıq hissinin möhkəmlənməsində və milli kimliyin yaşadılmasında mühüm rol oynayır.

F.İsgəndərov, həmçinin Vətən müharibəsindən sonra Qarabağ atının Azərbaycanın Zəfərini, gücünü və iradəsini təcəssüm etdirən mühüm rəmzlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Səfir bu təşəbbüsün həyata keçirilməsinə dəstək verən qurumlara, təşkilatçılara və iştiraçılara təşəkkürünü bildirib.

Tədbirdə İsveçrədə yaşayan Azərbaycan diasporunun nümayəndələri, Soloturn şəhərinin fəalları və Azərbaycanın İsveçrədəki Səfirliyinin əməkdaşları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri