Icma.az
close
up
RU
Qarabağ atının nəfəsi süni mayalanma otağında

Qarabağ atının nəfəsi süni mayalanma otağında

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Respublika Süni Mayalanma Mərkəzində qeyri-adi bir seminar keçirildi. Adı elmi, özü praktik: “Atlarda reproduktiv orqanların ultrasəs müayinəsi və süni mayalanmanın tətbiqi”. Amma məsələnin adı yox, mahiyyəti vacib idi – söhbət Qarabağ və Dilboz kimi milli sərvət olan atlarımızdan gedirdi.

Seminarın əsas qayəsi sadəydi: qədim atçılıq irsimizi müasir texnologiyalarla qorumaq, artırmaq və tanıtmaq. Elə bu məqsədlə də bir araya gəlmişdilər – Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova, Dilbaz Atçılıq Mərkəzinin rəhbəri Gülalı Gülalıyev, Qarabağ atları üzrə tanınmış mütəxəssis Yaşar Quluzadə, baytarlar, texniklər, tələbələr... Təcrübə də vardı, ümid də.

Seminarın ev sahibi – mərkəzin direktoru Elton Əbdurəhmanov çıxışında dedi ki, Qarabağ və Dilboz atları bizim milli kimliyimizin, tariximizin tərkib hissəsidir. Onlar təkcə minik vasitəsi deyil – folklorumuzun, dastanlarımızın, qəhrəmanlıq salnamələrimizin obrazıdır.

İştirakçılar vurğuladılar ki, bu gün artıq süni mayalanma, genetik seleksiya, xəritələndirmə sadəcə baytarlıq məsələsi deyil – genetik təhlükəsizliyimizə yönəlmiş strateji məsələdir. Yerli cinslərin qorunması, damazlıq potensialın artırılması, bu sahədə çalışan kadrların ixtisaslaşması vacibdir.

Tədbirin maraqlı hissəsi isə praktik məşğələlər oldu. Xaricdən dəvət olunmuş mütəxəssis atların reproduktiv sisteminin ultrasəs diaqnostikası ilə bağlı canlı təqdimat keçirdi. Tələbələr üçün bu, həm tədris, həm də peşəvi stimul idi.

Sonda iştirakçılara sertifikatlar təqdim olundu. Amma bu sənədlərdən daha dəyərlisi – bir fikir ətrafında formalaşan ümumi iradə idi: Azərbaycan atı yaşamalıdır, yaşadılmalıdır. 

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri