İsveçrədə yeni qar uçqunları insan tələfatına səbəb olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 fevral, AZƏRTAC
İsveçrədə baş verən yeni qar uçqunları nəticəsində azı 2 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Qraubünden kantonunda itkin düşən 25 yaşlı italiyalının meyiti tapılıb. O, Sent-Morits kurortunda çalışırdı. Valais kantonunda isə 22 yaşlı gənc 2600 metr yüksəklikdə xizək sürərkən qar altında qalaraq ölüb.
Bir müddət öncə, fevralın 17-də Qraubünden kantonunda 49 yaşlı alman və onun 15 yaşlı oğlu da uçqun nəticəsində həlak olmuşdu.
Qeyd edək ki, qış aylarında Alp dağlarında qar uçqunu təhlükəsi çox yüksək olur. Son həftələr yağan güclü qar Avstriya, Fransa və İtaliyada ölüm hallarının qeydə alındığı çoxsaylı uçqunlara səbəb olub. Avstriyada ötən cümə günündən bəri 7 nəfər, İtaliyanın şimalında isə 2 nəfər uçqun nəticəsində həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















