Icma.az
close
up
RU
İsveçrəyə sığınanlar Veşnau düşərgəsindəki intihar

İsveçrəyə sığınanlar Veşnau düşərgəsindəki intihar

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Dilqəm Əhməd

II Dünya müharibəsində müxtəlif səbəblərdən almanlara əsir düşən azərbaycanlıların taleyi mühacirət tariximizin ağrılı səhifələrindən biridir. Bolşevizmlə faşizm arasında qalan bu insanlar yaşamaq üçün bütün çarələrə baş vurmuş, nəticədə İsveçrədən Türkiyəyə, Misirdən ABŞ-yə qədər dünyanın müxtəlif bölgələrinə pənah aparmışlar. Yalta konfransından sonra Stalinin öz vətəndaşlarını geri tələb etməsindən sonra onların böyük qismi Rusiyaya təhvil verilmiş, nəticədə milli mücadiləyə qoşulmuş olanlar öldürülmüş və sürgün edilmişlər. Onların sığındıqları ölkələr arasında yer alan İsveçrə qaçqınları ruslara təhvil vermədiyi üçün mühacirlərin xatirələrində xoş hisslərlə xatırlanıb.

İrəvanın Xaçaparaq kəndindən olan Cabbar İbrahimoğlu (Ərtürk) II Dünya müharibəsi ilə bağlı yazdığı xatirələrində qaçqınların İsveçrəyə sığınmalarını bu şəkildə yada salıb: “Amerikalıların təzyiqi ilə İsveçrə hüdudlarına yaxın bir bölgəyə gəldikləri zaman minbaşı Əflan Muğan və yüzbaşı Həsən İsmayıllı İsveçrəyə sığınmağın gələcək üçün daha təhlükəsiz olacağını düşündülər və könüllü birliyin İsveçrəyə sığınmasına qərar verdilər. 1945-ci il mart ayının sonlarında tarixdə ilk dəfə türk əsilli döyüşçülər İsveçrəyə mühacirət edirdilər. Hətta sığındıqları zaman isveçrəlilər də təəccüb etmişdilər. Onlar sərhədlərinin yaxınlığında döyüşənləri alman bölmələri olduqlarını zənn edirdilər”.

Cabbar bəyin yazdığına görə isveçrəlilər azərbaycanlı qaçqınları çox istiqanlı şəkildə qarşılayıblar. Qısa zamanda qaçqınlar fabriklərdə, atelyelerdə iş tapıb, bəziləri zərgərlik, saatsazlıq kimi sənət sahələrini öyrəniblər. Sayları yüzü ötən bu qaçqınlardan bəziləri isveçrəli xanımlarla da ailə həyatı qurublar. Lakin qısa zamanda keçmiş legionerlərin bir qisminin İsveçrəyə sığındığını öyrənən SSRİ səfirliyi hərəkətə keçib. Cabbar bəy hadisəni bu şəkildə qeyd edib: “Fəqət rus səfarəti onları rahat buraxmaq niyyətində deyildi. İsveçrəyə sığınmalarının hələ bir ayı dolmamışdı ki, rus səfirliyi İsveçrə xarici işlər nazirliyinə rəsmi yazı ilə müraciət edərək öz vətəndaşları olan bu insanları təslim etmələrini istədi. Fəqət müharibəyə girməyən və heç bir dövlətin təsiri altında olmayan İsveçrə hökuməti rusların bu tələblərini rədd etdi. İsveçrə hökuməti daha sonra bu türk qaçqınlara arzu etdikləri təqdirdə İsveçrə vətəndaşlığına qəbul ediləcəklərini, bu ölkədə qala biləcəklərini təklif etdi”.

Ərtürkə görə, Türkiyənin İsveçrədəki səfiri, tanınmış yazıçı Yaqub Qədri Qaraosmanoğlu İsveçrədəki qaçqınlardan Türkiyəyə getmək istəyənlərə köməklik göstərib.

Səxavət İsmayılov – Həsən İsmayıllı

Ömrünə bir müddət İsveçrədə yaşamaq yazılan müharibə iştirakçılarından biri də Səxavət İsmayılov olub. O, 1911-ci ildə Cəbrayılın Daşkəsən kəndində doğulub. 1917-1925-ci illərdə Cəbrayıl məktəbində, 1925-1929-cu illərdə Bakı Pedaqoji İnstitutunda təhsil alıb. 1930-1935-ci illərdə Cəbrayılda məktəb direktoru və tarix müəllimi işləyib. 1935-1941-ci illərdə Cəbrayılda partiya komitəsinin ikinci katibi olub. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. Almanlara əsir düşüb, müharibədən sonra bir müddət İsveçrədə yaşayıb, daha sonra Türkiyəyə gəlib. Türkiyədə qədərdaşı Nuri bəylə birgə İstanbulda zərgərliklə məşğul olub. Bir müddət Qapalıçarşıda Naki Keykurunla şərik çalışıb, daha sonra ayrılıblar. Hazırda oğlu Murad İsmayıllı bu işi davam etdirir. Səxavət bəy də bir çox legioner kimi adını dəyişdirib, Türkiyədə Həsən adını götürüb. O, Niyazi Tağızadə ilə yaxın dost olub. Niyazi bəy Türkiyəyə gəldiyi zaman onun evində qalıb. O, İstanbulda fəaliyyət göstərən Azərbaycan Yardımlaşma Dərnəyinin uzun müddət sədri olub. 11 aprel 2002-ci ildə vəfat edib, İhlamurquyu məzarlığında dəfn edilib.

İsveçrədəki azərbaycanlılar

Cabbar Ərtürk xatirələrində İsveçrəyə sığınanların hamısının daha sonra oradan ayrıldığını yazsa da, əslində, yüzə yaxın insan cənnət ölkədə yaşamağa davam edib. 1990-cı illərin əvvəlində mühacirlərin ümid yeri olan “Odlar yurdu” qəzetini tədqiq edərkən yazıçı Xalidə Hasilovanın İsveçrə təəssüratları ilə bağlı maraqlı məqaləsinə təsadüf etdim. 1987 və 1990-cı ildə bu ölkəyə səfər edən Xalidə xanım həmin qaçqınlardan Müzəffər Əliyev, Ağakərim Nargin, Almas Əhəd, Maşallah Əliyev və Qələndər Sadıxovla görüşüb.

Müzəffər Əliyev Ağdamın Alıbəyli kəndindən olub, Trudi adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən bir oğlu, bir qızı olub. O, 1990-cı ildə qızı Telli və nəvəsi Peterlə Bakıya gəlib, doğulduğu Alıbəyli kəndinə də gedib.

Ağakərim Nargin Bakının Şağan kəndindən olub, İda adlı xanımla evlənib.

Maşallah Əliyev Bərdədən olub, İsveçrənin Roesfil kəndində yaşayıb.

Qələndər Sadıxov Gədəbəyin Söyüdlü kəndindən olub. Bir qızı, bir oğlu olub.

Almas Əhəd İzabella xanımla evlənib, Əsbət adlı qızı olub.

Keçmiş legionerlər Xalidə xanımı qürbətdə ölən azərbaycanlıların dəfn olunduğu Veşnau məzarlığına da aparıblar. Orada intihar etmiş iki azərbaycanlının da məzarı olub:

Əlizadə Nadir (1924-1946) – Lənkəranlı

Əlizadə Rahim (1922-1946) – Salyanlı

İsveçrədə vəfat edən azərbaycanlı qaçqınlardan biri də lerikli Miri Nəsirli olub. O, 1988-ci ildə dünyasını dəyişib. Marqarit adlı xanımla evlənib, bir oğlu, bir qızı dünyaya gəlib.

Tovuzlu Rza Hüseynov da İsveçrədə yaşayıb, orada ailə qurub, Hanna adlı qızı olub.

Borçalıdan olan Rəsul Məmmədov Şahauzendə yaşayıb, iki övladı olub.

Mərhum yazıçı-dramaturq Aqşin Babayev 1999-cu ildə İsveçrəyə səfər edərkən Xalidə xanımın da qeyd etdiyi Almas Əhədlə görüşüb. Səfər təəssüratında o, bir sıra önəmli məlumatlar verib: “Almasın səliqə-sahmanlı otağında çilçıraqdan asılmış Azərbaycan bayrağını gördüm. “Bu bayraq müstəqilliyimizin rəmzi olduğu üçün mənim üçün müqəddəsdir” dedi. Onunla bərabər azərbaycanlıların əbədi uyuduğu məzarlıqları da ziyarət etdik. Yadımda qalanlar: Həmid Əliyev. 1913-cü ildə anadan olub, 1986-cı ildə vəfat edib, Şəki rayonundandır. Neftçala rayonundan Hacı Məmmədov adlı bir nəfərin də məzarı başında olduq. O, gənclik illərində Neftçalanın yod zavodunda işləyirmiş”.

Almas Əhəd Aqşin Babayeva İsveçrədə yaşamış azərbaycanlıların siyahısını da verib. Onlardan 89 nəfəri dünyasını dəyişibmiş. Həmin siyahıya görə İsveçrədə yaşamış azərbaycanlıların bəzilərinin adları: Maşallah Əliyev, Müzəffər Əliyev, Əsəd Əliyev, Əziz Əlihüseynov, Heydər Ağayev, Hacı Cəfərov, Alışan Fərziyev, Tapdıq Qarayev, Əzim Rəhimli, Həsənxan Göyçaylı, Xasay Hüseynov, Məhəmmədəli Hüseynov, Seyfulla Əliyev, İsmayıl Şirin, Ağakərim Narginli, Rəsul Məmmədov, Həmid Həsənov, İslam Azəri, Yunis Şəkili.

Almas Əhəd İsveçrədə yaşayan azərbaycanlıların Novruz bayramını qeyd etdiklərini bildirib.

Veşnau düşərgəsindəki intihar

Yuxarıda Xalidə Hasilovanın İsveçrədəki əsir düşərgəsində intihar edən iki şəxsin məzarını ziyarət etdiyini qeyd etdik. Xalidə xanım onların qardaş kimi yaxın dost olduqlarını bildirib.

Azərbaycan Milliyyətçilər Dərnəyinin Ankarada nəşr olunmuş “Türk izi” jurnalının 1954-cü il yanvar-fevral sayında legionerlərdən Nurullah Muğanlının bir məqaləsi dərc edilib. “Avropa düşərgələrindəki Azərbaycan türklərinin fəci intiharları” adlı məqalədə Əliyev Nadirin intiharı haqqında da məlumat verilib. Muğanlının yazdığına görə, İsveçrə düşərgələrinə gələn rus generalları müxtəlif düşərgələrdə (Lokarno, Bellinzona, Şussenpas, Veşnau, Deristetten, Boltinqen, Şveizimmen) yaşayan qaçqınları bir araya toplayıb, onları SSRİ-yə dönməyə vadar etdiklərini bildirib. Muğanlı rus generalın qaçqınlara könüllü gəlməsələr, silah gücünə aparacaqlarını dediyini qeyd edib və Əliyev Nadirin intiharını bu şəkildə tarixə sala bilib: “Rusların sözlərini eşidən zavallılar əllərinə keçən bel və kürəklərlə bir-birilərini öldürməyə başladılar. Hətta Veşnau düşərgəsindən Əli oğlu Nadir öz qardaşının sinəsinə beş dəfə bıçaq saplayaraq öldürdü, sonra da özünü bıçaqlayaraq kiçik qardaşının nəşi üzərinə düşdü və sarılaraq can verdi. Mərhum Nadir ölümə təşəbbüs etməzdən öncə bunları söyləmişdi: “Biz heç bir zaman doğulduğumuz və böyüdüyümüz vətəndən və millətimizdən vaz keçə bilmərik. Biz özümüzü fəda edərək qırmızı rusların nə olduqlarını bütün dünyaya bildirəcəyik, beləcə orada qalan millətimizi Rusiyanın istilasından qurtulmasına səbəb olacağıq”.

Rusların əlinə düşməmək üçün intihar edən Nadir Əliyev tariximizin yüzlərlə unudulmuş şəxslərindən biri olub...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see232

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see221

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri