Icma.az
close
up
RU
Artıq Azərbaycanda onların işini süni intellekt görür AÇIQLAMA

Artıq Azərbaycanda onların işini süni intellekt görür AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə fəaliyyət göstərən iri holdinqlər və böyük şirkətlər iş proseslərini qısaltmaq və xidmət keyfiyyətini artırmaq məqsədilə artıq müəyyən sahələrdə insan əməyini yeni texnologiyalarla əvəzləməyə başlayıb. Hazırda bu keçid daha çox xidmət, istehsalat, tikinti və satış sferalarında özünü büruzə verir. Ekspertlər xəbərdar edir ki, xüsusilə növbəti beşillikdə marketinq və birbaşa müştəri xidmətləri kimi sahələrdə işçi qüvvəsinə tələbat kəskin azala bilər. Belə bir rəqabət mühitində işsiz qalmamaq və əmək bazarında mövqe itirməmək üçün çalışan şəxslərin texnoloji yeniliklərə, süni intellekt (AI) proseslərinə uyğunlaşması və fərdi vərdişlərini sürətlə inkişaf etdirməsi artıq qaçılmaz tələbə çevrilir.
İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün əmək bazarında artıq böyük şirkətlər, holdinqlər və miqyasına görə iri müəssisələrin əksəriyyəti bəzi sahələrdə insan əməyinin azaldılması istiqamətində addımlar atırlar:
“Onlar müəyyən proseslərdə insan resursunu minimuma endirmək və bunun əvəzində texnologiyaların imkanlarından daha geniş istifadə etmək qərarına gəlirlər. Əmək münasibətlərini analiz etdikdə görürük ki, bu tendensiya xüsusilə xidmət sektorunda daha çox hiss olunur. Eyni zamanda istehsalat və tikinti sahələrində də inkişaf etmiş texnologiyaların tətbiqi hesabına iş prosesinin sürətləndirilməsi və işə sərf olunan vaxtın azaldılması istiqamətində fəaliyyət aparılır. Təbii ki, bu dəyişikliklər qısa müddətdə baş verməyəcək və tam uyğunlaşma prosesi bəlkə də bir neçə onillik davam edəcək. Hazırda ölkəmizdə müasir texnika və texnologiyaların tətbiqi daha çox böyük şirkətlərdə müşahidə olunur. Çünki iri şirkətlərin bu sahəyə investisiya yatırmaq imkanları daha genişdir. Kiçik və orta müəssisələrdə isə həmin texnologiyaların tətbiqi üçün tələb olunan maliyyə resursları məhdud olduğuna görə bu proses daha zəif gedir”. 
O bildirib ki, qarşıdakı beşillik dövrdə marketinq, satış və müxtəlif xidmət sahələrində insan əməyinin müəyyən qədər azalacağı gözlənilir:
“Çünki şirkətlər çalışırlar ki, həm xidmət keyfiyyətini yüksək səviyyədə saxlasınlar, həm də işçi sayını azaltmaqla xərcləri optimallaşdırsınlar. Bu istiqamətdə artıq bir çox şirkətlər planlaşdırma mərhələsinə keçiblər. Texnika və texnologiyaların sürətli inkişafı əmək bazarına birbaşa təsir göstərir. Bu səbəbdən hazırda çalışan və ya iş axtaran şəxslər növbəti illərdə şəxsi bacarıqlarının inkişafına daha çox diqqət ayırmalıdırlar. Xüsusilə texnologiya, rəqəmsal biliklər və süni intellekt istiqamətində biliklərin artırılması vacib amillərdən birinə çevrilir. İnsanlar bu yeniliklərə uyğunlaşmaq və əmək bazarında rəqabət qabiliyyətini qorumaq üçün davamlı şəkildə öz üzərlərində işləməlidirlər. Qeyd etdiyim kimi, həm xidmət, həm istehsalat, həm də satış sahələrində bu proseslər artıq müəyyən səviyyədə tətbiq olunmağa başlayıb. Şirkətlər yaxın illərdə əldə olunan nəticələri daha detallı şəkildə analiz edərək bu modelin effektivliyini qiymətləndirəcəklər. Nəticə etibarilə demək olar ki, əmək bazarında aktiv qalmaq istəyən şəxslər öz bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verməlidirlər. Bu proses müəyyən maliyyə və zaman tələb etsə də, texnoloji inkişafdan geri qalmamaq gələcək üçün vacib məsələlərdən biridir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri