Icma.az
close
up
RU
“İT bilməyən kitabxanaçını işdən çıxarmaq düz deyil” Deputatdan ETİRAZ

“İT bilməyən kitabxanaçını işdən çıxarmaq düz deyil” Deputatdan ETİRAZ

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya ilə bağlı müzakirələr davam edir. Kitabxanaçılar bildirirlər ki, onlara əvvəlcədən təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki suallar verilib, nəticədə yüzlərlə əməkdaş işdən çıxarılıb.

Onlar bir sıra kitabxanalarda internet, kompüter və digər texniki imkanların olmadığını vurğulayaraq belə şəraitdə multimedia və texnologiya üzrə biliklərin tələb edilməsindən narazılıq edirlər. İşdən çıxarılanlar arasında onkoloji xəstəliyi, əlilliyi olanlar və təqaüd yaşına çox az vaxt qalan əməkdaşların olduğu da qeyd edilir.

Məsələ ilə bağlı Milli Məclinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Bakupost”a bildirdi ki, attestasiya işçilərin peşə biliklərini, ixtisas səviyyəsini və praktik bacarıqlarını müəyyənləşdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, attestasiya komissiyasının qərarı tövsiyə xarakterlidir və həmin qərarın icra olunub-olunmaması müəssisə rəhbərinin və ya işəgötürənin səlahiyyətindədir:

“Kitabxanaçılıq spesifik və hazırda islahatlara ehtiyac olan bir sahədir. Amma şikayətlərin əsas hissəsi İT texnologiyaları ilə bağlı suallarla əlaqədardır. Bu suallara cavab verə bilməmək insanların sonrakı taleyinə təsir göstərir. Hesab edirəm ki, burada praktik yanaşma olmalıdır”.

Musa Quliyev vurğulayıb ki, uzun illər kənd və rayonlarda kitabxanalarda çalışan, praktiki təcrübəsi və bacarığı olan şəxslərin yalnız İT biliklərinə görə qiymətləndirilməsi doğru deyil:

“İT texnologiyalarını həmin insanların qısa müddətdə öyrənə bilməsi də böyük sual doğurur. Onlara müəyyən qədər vaxt verilməsi daha doğru olardı. Eyni zamanda aydınlaşdırılmalıdır ki, bu insanlar attestasiya öncəsi İT sahəsində biliklərinin artırılması üçün kurslara cəlb olunublarmı, həmin kursların davamiyyəti necə olub. Mədəniyyət Nazirliyi, yəqin, bununla bağlı açıqlama verər”.

Deputat bildirib ki, yalnız İT biliklərinin olmaması kitabxanaçıların işdən azad edilməsi üçün əsas olmamalıdır:

“Bir çox kəndlərimizdə, rayonlarımızda normal internet işləmir. Belə şəraitdə elektron kitabxanaçılıqdan danışmaq çətindir. Əvvəlcə maddi-texniki baza yaradılmalı, daha sonra işçilərdən bunlar tələb edilməlidir. Karl Marksın gözəl bir sözü var: “Şərait insanın şüurunu müəyyənləşdirir” və yaxud “ictimai varlıq ictimai şüuru müəyyənləşdirir”. Bu gün uzun illərini kitabxanaçılıq sənətinə həsr etmiş insan İT texnologiyalarını bilmir deyə işdən azad etmək doğru deyil. Onları başqa vəzifəyə keçirmək, vaxt vermək olar. Bu insanların bu şəkildə işdən çıxarılması onların sosial vəziyyətini ağırlaşdırır və yenidən iş tapmalarını çətinləşdirir”.

Musa Quliyev Mədəniyyət Nazirliyini məsələyə humanist yanaşmağa çağırıb:

“Hesab edirəm ki, bütün bunları hörmətli mədəniyyət nazirimiz də nəzərə almalıdır. Qərar verərkən bir az humanist yanaşmaya ehtiyac var. İşçilər də bilməlidirlər ki, bundan sonra zamanın tələbi olan İT texnologiyalarını öyrənmək vacibdir. Narazı olan şəxslər əvvəlcə nazirliyin rəhbərliyinə müraciət edə bilərlər. Qaneedici cavab almadıqları halda mediasiya xidməti və məhkəmələr vasitəsilə hüquqlarını tələb edərlər”.

Deputat sonda attestasiyaların insanyönümlü keçirilməsinin, işçilərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradıldıqdan sonra onların qarşısına tələb qoyulmasının tərəfdarı olduğunu bildirib.

Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri