Icma.az
close
up
RU
IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var Nazir müavini

IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var Nazir müavini

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü çərçivəsində Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə “Ecosystem Meetup” görüşü keçirilib. “Baku ID” çərçivəsində baş tutan görüşdə 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, nazir müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən irimiqyaslı islahatlar, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn prioritetlər və innovasiya sahəsində qanunvericilik təşəbbüsləri, o cümlədən “OpenWave” Açıq İnnovasiya Proqramı və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan “Rəqəmsal Üfüqlər” layihəsi haqqında ətraflı məlumat verib.

Azərbaycanda IT sahəsində insan kapitalının yetişdirilməsi məsələsinə toxunan Rəşad Həsənov əmək bazarında müəyyən çağırışların olduğunu bildirib: “IT əmək bazarının tələb və təklifi arasında böyük fərq mövcuddur. IT ixtisası ilə məzun olanların sayı kifayət qədər olsa da, məzunlar öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, IT şirkətləri sahə üzrə orta və yüksək təcrübəli əməkdaşlar tapmaqda çətinlik çəkir. Başqa sözlə, bazarda tələb və təklif arasında tarazlıq pozulur”.

O, həmçinin qeyd edib ki, bu məsələnin həlli üçün dünya təcrübəsi öyrənilib və müvafiq islahatlar çərçivəsində IT mütəxəssislərinin yetişdirilməsi, yenidən ixtisaslaşdırılması və əmək bazarına cəlb edilməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Nazir müavini, həmçinin “Rəqəmsal üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı barədə məlumat verib. Belə ki, dövlət qurumlarında çalışan 30 min şəxs üçün yeni öyrənmə platforması hazırlanmış, platformada süni intellekt, kibertəhlükəsizlik sahələrini əhatə edən materiallar, imtahan modulları yerləşdirilmişdir. Proqrama oktyabr ayından etibarən start veriləcək.

Rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı Agentlik tərəfindən hazırlanan “OpenWave” Açıq İnnovasiya Proqramını ekosistem nümayəndələrinin diqqətinə çatdırıb. Bildirib ki, proqram qurumların və təşkilatların real əməliyyat problemlərinin süni intellekt texnologiyası əsasında həlli imkanlarını ehtiva edir: “Bu proqram qurumların üzləşdiyi real çağırışlarla startap həlləri arasında körpü yaradır. Belə ki, qurumların müəyyən etdiyi problemlər üzrə vörkşoplar keçirilir və bu zaman startap həlləri təqdim edilir. Seçilmiş həllər real iş mühitində prototip səviyyəsində sınaqdan keçirilir və nəticə qurumlar tərəfindən təhlil edilir”. O əlavə edib ki, ilkin mərhələdə proqram “Plug and Play” ilə birlikdə “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC üçün cari ilin sentyabrında həyata keçirilib.

Görüşün təqdimat hissəsindən sonra şirkətlərlə müzakirə baş tutub. Tədbir iştirakçıları texnoparklar, yerli və xarici bazarlarda genişlənmə potensialının artırılması, startapların üzləşdiyi çağırışlar və digər mühüm mövzularda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İRİA tərəfindən mütəmadi keçirilən “Ecosystem Meetup” tədbirlərinin əsas məqsədi innovasiya ekosistemində əlaqələri gücləndirmək, təcrübə, bilik, nailiyyətlər və planlar haqqında ətraflı müzakirə aparmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri