İtaliya 2012ci ildən sonra Suriyaya ilk səfir təyin edib
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
İtaliya 10 ildən artıq davam edən fasiləyə son qoyaraq Suriyaya səfir göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.
“Dəməşqdəki işimə, böhranın mürəkkəbliyini və İtaliyanın verə biləcəyi töhfəni dərk edərək, şövqlə başlayıram”, – səfir bildirib.
Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropanın regionda mövcudluğunun gücləndirilməsinin və digər ölkələrin onu inhisara almasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2024 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















