İtaliya baş nazirinin müavini ABŞ İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
Icma.az bildirir, Oxu.az portalına istinadən.
İtaliya baş nazirinin müavini, infrastruktur naziri Matteo Salvini təsadüfən Romada, Oman səfirinin iqamətgahında İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların keçirildiyi məkanının qarşısında görünüb.
Oxu.Az "Il Fatto Quotidiano"ya istinadən xəbər verir ki, siyasətçi hadisə vaxtı şort və polo köynəkdə olub. Salvini dərhal jurnalistlərin diqqətini çəkib və onların əhatəsinə düşüb.
O, alış-verişə getdiyini və ABŞ-İran danışıqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, aprelin 19-da İtaliyanın paytaxtında İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üzrə danışıqların ikinci raundu keçirilib.

Arzu Əliyeva COP29un keçirildiyi məkana gəlib
11 Noyabr 2024 11:32
İtaliya Baş nazirinin müavini: ABŞ la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq
13 İyul 2025 22:50
Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! Deputatdan TƏKLİF
19 Avqust 2025 19:50

