HƏMAS ərəb liderlərini Qəzza ilə bağlı Trampın təkliflərini müzakirə etməyə çağırıb
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Fələstin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın son bəyanatlarından sonra Qəzza zolağındakı vəziyyətlə bağlı ərəb liderlərini təcili toplantıya çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, HƏMAS nümayəndəsi Hazim Qasımın məsələ ilə bağlı açıqlaması hərəkatın tekeqram kanalında dərc olunub.
"Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik: Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bu kontekstdə biz ərəb ölkələrinin başçılarından təcili toplantı keçirməyi və fələstinlilərin məcburi təxliyəsi planlarına qarşı çıxmaq yollarını müzakirə etməyi tələb edirik", - Qasım vurğulayıb.
O, həmçinin bütün Fələstin qruplarının nümayəndələrini “köçkünlük cəhdlərinə müqavimət göstərmək üçün” birləşməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 06 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















