Icma.az
close
up
RU
İtaliya mediasında Azərbaycan modeli:

İtaliya mediasında Azərbaycan modeli:

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Mart ayının sonlarında İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi dərc olunub.

Qeyd edək ki, ötən ay müqəddəs Ramazan ayında QMİ-nin və Azərbaycanın Vatikandakı səfirliyinin təşkilatçılığı ilə Romada iftar süfrəsi açılıb. Burada müxtəlif dinlərin nümayəndələri iştirak edib.

QMİ sədri həmin görüşün hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıdığını bildirib. Şeyxülislam qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişələr və Avropada din adı ilə törədilən terror hadisələri fonunda Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq mühiti bu gün də qorunur.

QMİ sədri qeyd edib ki, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında uzun və zəngin dialoq ənənəsi var. Bu təşəbbüsün Romada davam etdirilməsi isə dinlərarası dialoqun coğrafiyasının genişləndiyini göstərməklə yanaşı, sülhün və birgəyaşayışın konkret göstəricisidir. Bu təşəbbüsün Vatikan tərəfindən dəstəklənməsi dinlər arasında dialoqun nəinki zəruri olduğunu, həm də artıq başladığını göstərir.

A.Paşazadə müsahibədə Azərbaycanın uğur modelinin əsasını tarixi tolerantlıq ənənələri və dövlətin bütün vətəndaşlara bərabər yanaşması ilə izah edib.

Şeyxülislam, həmçinin dini liderlərin roluna diqqət çəkərək onların sülhün və qarşılıqlı anlaşmanın təşviqində fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Müsahibə Azərbaycanın multikulturalizm və tolerantlıq modelini bir daha beynəlxalq gündəmə gətirib. Müsahibədə ölkəmizdə formalaşmış dini və etnik birgəyaşayış ənənələrinin mahiyyəti və bu modelin praktik nəticələri xüsusi vurğulanır.

QMİ-nin təşkilatçılığı ilə Romada keçirilən iftar süfrəsi də bu siyasətin yalnız daxili deyil, həm də beynəlxalq səviyyədə təqdim olunduğunu göstərir.

Tarixi ənənədən dövlət siyasətinə

Azərbaycanda tolerantlıq və multikulturalizm yalnız müasir dövrün məhsulu deyil. Tarixən fərqli dinlərə və millətlərə mənsub insanlar bu coğrafiyada yanaşı yaşayıb, ortaq sosial mühit formalaşdırıblar. Bu ənənə müstəqillik dövründə dövlət siyasətinə çevrilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində  daha sistemli şəkildə inkişaf etdirilib.

Bu gün ölkədə məscidlər, kilsələr və sinaqoqlar paralel fəaliyyət göstərir, dini azadlıqlar qanunvericiliklə qorunur. Bu isə yalnız hüquqi baza deyil, eyni zamanda ictimai davranış modelidir.

Tolerantlıq modeli Azərbaycanın daxili sabitliyində mühüm rol oynayır. Dünyanın bir çox regionlarında dini və etnik zəmində münaqişələrin artdığı bir dövrdə Azərbaycanda belə risklərin minimum səviyyədə olması təsadüfi deyil.

Fərqli icmalar arasında qarşılıqlı hörmət mühiti sosial gərginliyin qarşısını alır, cəmiyyət daxilində etimadı gücləndirir. Bu isə iqtisadi inkişaf və siyasi sabitlik üçün əsas şərtlərdən biri hesab olunur.

Azərbaycanın tolerantlıq modeli artıq yalnız daxili məsələ deyil, həm də xarici siyasətin vacib elementinə çevrilib. Il Messaggero kimi nüfuzlu nəşrlərdə bu mövzunun işıqlandırılması ölkənin beynəlxalq imicinə birbaşa təsir edir.

Bu kontekstdə dini liderlərin beynəlxalq platformalarda çıxışları, müxtəlif ölkələrdə təşkil olunan tədbirlər Azərbaycanın “yumşaq güc” imkanlarını genişləndirir. Romada keçirilən iftar süfrəsi də dinlərarası dialoqu təşviq edən praktik addım kimi qiymətləndirilə bilər.

Birgəyaşayış modeli cəmiyyətə nə qazandırır?

Bu modelin real təsirləri bir neçə istiqamətdə özünü göstərir.

İlk növbədə ictimai harmoniya qeyd olunmalıdır. Fərqli inanc və mədəniyyətlərin toqquşması deyil, inteqrasiyası baş verir. Bu isə milli birliyi gücləndirir. Müxtəliflik həmçinin ümumi identikliyin tərkib hissəsinə çevrilir. Tolerantlıq modeli sosial təhlükəsizliyi formalaşdırır: radikalizm və ayrı-seçkilik riskləri azalır. Həmçinin beynəlxalq etimad baxımından ölkə sabit və açıq cəmiyyət kimi qəbul olunur.

Bu gün Azərbaycanın tolerantlıq modeli təkcə daxili idarəetmə mexanizmi deyil, həm də ölkənin beynəlxalq “brend”inə çevrilməkdədir. Şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi və bu kimi təşəbbüslər göstərir ki, Azərbaycan bu modeli qlobal səviyyədə təqdim etmək niyyətindədir.

Müasir dünyada qarşıdurmaların artdığı bir şəraitdə belə yanaşma yalnız siyasi mesaj deyil, həm də praktik alternativ kimi diqqət çəkir.

QMİ sədri Allahşükür Paşazadənin aparılan bu siyasətdə rolu diqqətçəkəndir. Şeyxülislamın fəaliyyəti Azərbaycanın tolerantlıq və birgəyaşayış modelində yalnız dini rəhbərliklə məhdudlaşmır. Onun rolu daha geniş – institusional sabitlik və beynəlxalq dini diplomatiya müstəvisində qiymətləndirilməlidir.

Uzun illərdir QMİ-yə rəhbərlik edən A.Paşazadə ölkədə dini mühitin mərkəzləşdirilmiş və nəzarət olunan formada inkişafına nail olub. Bu model postsovet məkanında nadir hallarda rast gəlinən sabitlik nümunəsi hesab olunur. Məhz bu mərkəzləşmə dini fragmentasiyanın, qeyri-rəsmi dini qruplaşmaların və xarici təsirlərin qarşısını alan əsas mexanizmlərdən biri kimi çıxış edir.

A.Paşazadənin dövlət siyasətinə söykənərək təşviq etdiyi dini yanaşma radikalizmə qarşı “profilaktik model” kimi diqqət çəkir. O, çıxışlarında və fəaliyyətində ənənəvi İslam dəyərlərini önə çəkərək dini kimliyi dövlətin dünyəvi quruluşu ilə ziddiyyətə yox, uzlaşmaya gətirir.

Bu yanaşma iki kritik nəticə doğurur: dinin siyasiləşməsinin qarşısı alınır, cəmiyyətdə dini identiklik təhlükə yox, sabitlik faktoru kimi qəbul olunur.

Dinlərarası dialoq

A.Paşazadənin fəaliyyətində diqqət çəkən əsas xəttlərdən biri də Prezident İlham Əliyevin əsas siyasi prioritetlərindən olan dinlərarası dialoqun sistemli şəkildə qurulması üçün fəaliyyətidir. Bu, təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da aktiv şəkildə davam etdirilir.

Romeda təşkil olunan iftar süfrəsi və Il Messaggero qəzetinə verilən müsahibə göstərir ki, bu fəaliyyət artıq lokal çərçivəni aşaraq qlobal kommunikasiya alətinə çevrilib. Bu kontekstdə Paşazadə faktiki olaraq dini lider olmaqla yanaşı, qeyri-rəsmi “mədəni-dini diplomat” funksiyasını da yerinə yetirir.

Azərbaycan modelinin fərqləndirici xüsusiyyətlərindən biri də dövlətlə dini institutlar arasında qarşıdurmaya imkan verməməkdir. Bu balansın qorunmasında A.Paşazadənin rolu açıq şəkildə görünür. O, bir tərəfdən dövlətin dünyəvi kursunu dəstəkləyir, digər tərəfdən dini icmaların maraqlarını ifadə edir. Bu isə klassik “körpü modeli” yaradır: dövlət siyasəti dini sahədə legitimlik qazanır, dini institutlar isə radikal müstəqil gücə çevrilmir.

Bütün bu amillər göstərir ki, Allahşükür Paşazadənin fəaliyyəti dini sabitliyin qorunması, tolerantlıq modelinin ideoloji əsaslandırılması, və Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması kimi strateji istiqamətlərdə öz töhfələrini verir.

Aydın Əliyev

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Aprel 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri