Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Azərbaycan İtaliya münasibətləri: çoxölçülü strateji müttəfiqlik modeli

Azərbaycan İtaliya münasibətləri: çoxölçülü strateji müttəfiqlik modeli

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Aəzrbaycana səfəri ilə bir tərəfdən ölkədə aprelin üçüncü ongünlüyündən başlayan dinamik diplomatik trafikin davam etdirilməsi kimi yadda qaldı, digər tərəfdən isə, ölkəmizin müstəqillik dövründə ən yaxşı əlaqələrə malik Avropa İttifaqının üzvü olan dövlətlərdən biri olan İtaliya ilə münasibətlərdə yeni inkişaf impulslarının meydana çıxması ilə nəticələndi.

Qeyd edək ki, İtaliya iqtisadiyyatı həcminə görə Aİ-nin 3-cü, dünyanın isə 8-ci böyük iqtisadiyyatı olub, avtomobil, maşınqayırma, moda, dizayn, qida və kənd təsərrüfatı sektorlarında güclü istehsal infrastrukturuna malikdir. Ölkənin şimalında sənaye, cənubunda isə turizm və kənd təsərrüfatı milli iqtisadiyyatda aparıcı rola malikdir. Əsasını ailə şirkətlərinin təşkil etdiyi iqtisadiyyata, böyük ixracat həcminə və turizm potensialına malik İtaliyanın ən böyük ticarət ortaqları ABŞ, Almaniya və Fransadır. 2020-ci ildəki pandemiyadan sonra iqtisadiyyatın özünübərpa prosesində ön yerlərdə rəqəmsal transformasiyaya və “yaşıl konsensus”a istiqamətlənmiş islahatlar aparıcı yer tutur.

Ayrılıqda götürüldükdə, belə bir güclü iqtisadiyyata malik ölkənin liderinin Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir. Digər tərəfdən Roma şəhərində 2014-cü il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə və 20 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla, ötən illərdə İtaliya-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirməklə, real həyatda yüksək səviyyədə əksini tapmış qarşılıqlı etimada və hörmətə əsaslanan dərin məzmunlu, çoxşaxəli strateji tərəfdaşlıq əlaqələrini ardıcıl şəkildə inkişaf etdirmişdir. Bütövlükdə isə, indiyədək iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən 80-ə yaxın sənəd imzalanmışdır.

Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın bizim regionun ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 faizi ölkəmizin payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib. Hazırda TAP vasitəsilə çatdırılan Azərbaycan təbii qazı İtaliya sənayesinin və məişət sektorunun sabit fəaliyyəti üçün əvəzedilməz resursdur. 2025-ci ildə Azərbaycanın İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac etməsi bu mövqeyi daha da möhkəmləndirib. Ümumilikdə, Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya çatdırılan qazın həcminin 50 milyard kubmetrə yaxınlaşması bu marşrutun İtaliya üçün nə dərəcədə həyati bir arteriya olduğunu sübut edir. Eyni zamanda, Azərbaycan İtaliyaya neft ixracı sahəsində də mühüm rol oynayaraq bu sahədə ikinci yerdə qərarlaşıb. İtaliya Azərbaycanın çox mühüm ticarət tərəfdaşıdır: ticarətimizin 65 faizi bu ölkə ilədir və enerjimizin 45 faizi İtaliyaya gedir. Ölkəmiz İtaliyanın ilk neft, Əlcəzairdən sonra ikinci ən böyük təbii qaz təchizatçısıdır. İtaliya həmçinin Almaniya və Avstriyaya qaz ixracı üçün vacib tranzit ölkədir. Eyni zamanda Azərbaycan üçün İtaliya həm də investisiya məkanıdır və ölkəmizdə bir çox italyan şirkətləri fəaliyyət göstərir. 

Ötən dövrün təcrübəsi göstərir ki, iki ölkə arasındakı ikitərəfli münasibətlər illər ərzində yetkinləşib və indi yeni mərhələnin başlanğıcıdır. İnvestisiya və tərəfdaşlığın digər istiqamətləri üzrə vacib əməliyyatlar aparılır ki, bunlar da münasibətlərdə pozitiv dəyişikliklərin ilk və çox konkret əlamətləri kimi nəzərdən keçirilə bilər.

Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşdən sonra mətbuat qarşısında verdiyi bəyanat Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin nə dərəcədə prioritet olduğunu və Bakı-Roma oxunun strateji dərinliyini nümayiş etdirir. Azərbaycan Prezidenti öz bəyanatında ilk növbədə iki ölkə arasındakı münasibətlərin dərin məzmunlu xarakterinə toxunaraq, Baş nazir Ciorcia Meloninin Ermənistandan dərhal sonra Azərbaycana gəlməsini “xüsusi və çox böyük rəmzi məna” daşıyan səfər kimi qiymətləndirdi ki, bu da Cənubi Qafqaz regionundakı geosiyasi balansın qorunmasına İtaliya tərəfinin həmişə diqqətlə yanaşdığına işarə idi. İtaliyanın regionda birtərəfli deyil, Azərbaycanın maraqlarını nəzərə alan neytral və qarşılıqlı hörmətə söykənən siyasət yeritməsi rəsmi Bakı tərəfindən həmişə təqdirlə qarşılanıb. Dövlət başçımızın 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələrə istinad etməsi münasibətlərin konyunktur deyil, institusional xarakter daşıdığına işarə idi.

Azərbaycan Prezidentinin bəyanatından dövlətlərarası münasibətlərin ənənəvi enerji tərəfdaşlığından daha geniş spektrə keçdiyi görünür. Bununla belə, Azərbaycanın İtaliyanın neft və qaz təchizatında ön yerlərdə olması və keçən il ölkəmizdən ixrac olunan 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrlik həcminin məhz bu bazara yönəldilməsi ölkəmizin Avropanın enerji xəritəsindəki vazkeçilməz rolunu bir daha təsdiqləyir. Məhz buna görə də Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın genişləndirilməsi gələcək artım üçün əsas strateji hədəf kimi gündəlikdədir.

İtaliya texnologiyası ilə Azərbaycan maliyyəsinin birləşməsinə dair səsləndirilən fikirlər hərbi sahədə yeni bir tərəfdaşlıq platformasının anonsudur və ölkəmizin müdafiə sənayesinin modernləşdirilməsində Qərb texnologiyalarına çıxış əldə etmək siyasətini İtaliya ilə də davam etdirmək istəyini göstərir. Prezident İlahm Əliyevin çıxışında “yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir” ifadəsini qabartması iki dövlət arasında iqtisadi-ticari əlaqələrin həcminin yaxın perspektivdə Unioncamere-nin (İtaliya ticarət, sənaye və sənətkarlıq palataları Birliyi) ən son iqtisadi məlumatları və Beynəlxalq Valyuta Fondunun proqnozlarından daha yüksək olacağını göstərir. Xatırladaq ki, həmin iki qurumun proqnoz rəqəmləri bu ilin fevralında Romada keçirilən İtaliya-Azərbaycan Ticarət Palatasının açılış konfransında müzakirələr zamanı səsləndirilmişdi.

Dövlət başçısı iki ölkə arasındakı siyasi münasibətlərin və ticarət əlaqələrinin ən yüksək və çox yaxşı səviyyədə olduğunu bildirərək, bəyan etdi ki: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir”. Nəzərə alsaq ki, hələ 2022-ci ildə İtaliyanın Azərbaycandan idxalı 18,7 milyard dollara təşkil etmişdi, onda Azərbaycan və İtaliya liderləri arasındakı sonuncu görüşün nəticələrinin iqtisadi-ticari əlaqələrin yenidən həmin və ondan da yuxarı səviyyəyə çatmasına təkan verəcəyi tamamilə realdır. Qeyd edək ki, italyan dövlətinin ölkəmizdən idxalı 2023-cü ildə 15,2 milyard olmuş, 2024-cü və 2025-ci illərdə 11,9 milyard dollar səviyyəsində sabitləşmişdir. 2026-cı ilin sonu üçün həmin rəqəmin 12,5 milyard dollaradək artacağı gözlənilir. Azərbaycanın İtaliyadan idxalının da 2024-cü ildəki 524 milyon dollardan 2025-ci ildə 550 milyon dollara yüksəlməsi artım tendensiyasının qarşılıqlı olduğuna dəlalət edir. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyduğunu, Prezident İlham Əliyevin “İtaliya bazarı bizim üçün çox maraqlıdır”, – sözləri və bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələlərinin müzakirə olunduğunu bəyan etməsi fikirlərimizin həqiqət yükünü xeyli artırır.    

Azərbaycan Prezidentinin bəyanatında İtaliyanın hazırda Azərbaycanda fəaliyyət göstərən 130-a yaxın şirkətinin uzunmüddətli uğurlu əməkdaşlığını, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda 23 layihənin icrasının başa çatdırıldığını və ya davam etdirildiyini qeyd etməsi işğaldan azad edilmiş ərazilərimizdə də İtaliya şirkətlərinin aktiv fəaliyyətini sübut edir ki, bu da öz növbəsində Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin yalnız paytaxt Bakıda yox, ölkəmizin bütün ərazisi üzrə yayıldığını göstərir.

Bununla yanaşı, biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, iki dövlət arasında münasibətlərin humanitar istiqaməti də unudulmamış, 2025-ci il oktyabrın 1-də Bakıda Prezident İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə imzalanmış akademik əməkdaşlıq sazişləri əsasında yaradılan bu müştərək ali təhsil müəssisəsində İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsinin təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirilməsini, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün müasir kadrların yetişdirilməsi nəzərdə tutulur. Prezident ilham Əliyevin sözləri ilə desək, “Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq”. Belə ki, artıq burada 8 bakalavr və 2 magistr proqramında 538 tələbə və 102 magistr təhsil alır: “…gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı Azərbaycan-İtaliya münasibətlərinin artıq sadəcə iqtisadi-ticari münasibətlər üzərində qurulmadığını, təhsil, hərbi sənaye, regionun bərpası, qarşılıqlı investisiyalar və humanitar (təhsil) sahələri əhatə edən tammiqyaslı strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini sübut edir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri