İtaliya nəhəngi bu mövsüm qol vura bilməyən alman forvardı heyətinə qatır SON DURUM
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin Premyer Liqa təmsilçilərindən olan "Vest Hem"in və Almaniya millisinin hücumçusu Niklas Füllkruqun karyerasını İtaliya nəhəngində davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az "Sky in Germany"yə istinadən xəbər verir ki, o, cari mövsümün sonuna qədər "Milan"da icarədə olacaq.
Mənbə tərəflərin artıq razılığa gəldiyini vurğulayıb. "Milan"ın sonradan Niklasın transfer hüquqlarına da yiyələnə biləcəyi açıqlanıb. Yazılanlara inansaq, A Seriyası təmsilçisi icarə müddətində futbolçunun maaşını tam şəkildə ödəyəcək və qarşı tərəfə icarə haqqı verməyəcək.
Qeyd edək ki, bu mövsüm almaniyalı forvard bütün turnirlərdə 9 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Füllkruq ümumilikdə 413 dəqiqə meydanda olub. Onun "Vest Hem"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















