Icma.az
close
up
RU
Azərbaycanda xəbər səhifələrinə hücum edən kimlərdir? Müəmma

Azərbaycanda xəbər səhifələrinə hücum edən kimlərdir? Müəmma

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlərdə “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən xəbər səhifələrinin kütləvi şəkildə bağlanması halları ciddi narahatlıq doğurur. Müşahidələr onu göstərir ki, bu proses təsadüfi xarakter daşımır və müəyyən qrup kiberdələduz tərəfindən sistemli şəkildə həyata keçirilir.

Ölkə.Az xəbər verir ki, bunu Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli qeyd  edib. Onun sözlərinə görə, həmin qruplaşma koordinasiyalı formada səhifələrə kütləvi şikayətlər göndərməklə onların fəaliyyətinin dayandırılmasına nail olur:

"Nəticədə sosial şəbəkə platforması qeyri-qanuni təsir mexanizminə və gəlir mənbəyinə çevrilir.

Bu cür hallar “instagram”da xəbər istehsalı ilə məşğul olan media subyektlərinin söz və mətbuat azadlığına, həmçinin ictimai əhəmiyyət kəsb edən məlumatların yayımına ciddi zərbə vurur. Xüsusilə həkimlər, müğənnilər və digər ictimai şəxslər haqqında yayımlanan tənqidi məzmunlar məqsədli şəkildə şikayət olunaraq silinir, xəbər səhifələrinin fəaliyyəti məhdudlaşdırılır.

Eyni zamanda, xəbər səhifələrinə qarşı saxta maillərdən və adlardan müəllif hüquqları (copyright) şikayətləri göndərilir, nəticədə qanuni əsaslar olmadan paylaşımlar silinir və səhifələrin fəaliyyəti məhdudlaşdırılır. Bu hallar açıq şəkildə sui-istifadə xarakteri daşıyır və informasiya təhlükəsizliyinə ciddi zərər vurur.

Eyni zamanda hesab edirik ki, “Instagram” və onun aid olduğu “META” ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında institusional əlaqələr gücləndirilməlidir. Sosial şəbəkə ilə birbaşa və effektiv kommunikasiya mexanizmlərinin qurulması, xüsusilə xəbər səhifələrinə qarşı həyata keçirilən əsassız və kütləvi bağlanmaların qarşısının alınması baxımından bu mühüm əhəmiyyət daşıyır.

Hesab edirik ki, müvafiq dövlət qurumları tərəfindən bu təşkilatlanmış kiberdələduz şəbəkəsinin fəaliyyətinə hüquqi qiymət verilməsi də zəruridir. Yalnız bu halda baş verənlərin arxasında dayanan mexanizmlər və maraqlı tərəflər tam şəkildə üzə çıxarıla bilər".

Qeyd edək ki, bu günlərdə qafqazinfo.az saytının instaqram səhifəsi şikayətlərdən sonra silinib. Bundan əvvəl də Ölkə.az-ın instaqram səhifəsi şikayətdən sonra bir müddətlik fəaliyyətini dayandırmışdı.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri