Icma.az
close
up
RU
İtaliya Osloda rüsvay oldu!

İtaliya Osloda rüsvay oldu!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin oyunları davam edir.

Dünən maraqlı qarşılaşmalardan biri Osloda keçirildi. ''Ullevol'' stadionunda Norveç İtaliyanı qəbul etdi. Düşünmək olardı ki, son iki mundialdan kənar qalmaqla fanatlarına şok yaşadan İtaliya bu dəfə seçmə mərhələyə daha məsuliyyətli yanaşacaq. Ancaq dördqat dünya çempionu yenə futbol ictimaiyyətini pis mənada təəccübləndirdi.
Aleksander Sörlot, Antonio Nusa və Erlinq Holannın hələ ilk yarıda vurduğu qollarla Norveç güclü rəqibini 3:0 hesabı ilə darmadağın etdi! Bir neçə gün öncə Çempionlar Liqasının qalibi olan və finalda qapısını toxunulmaz saxlayan Canluici Donnarumma bu dəfə bir hissəyə 3 top buraxdı.
Holann Norveçin heyətində ardıcıl 5-ci oyunda meydanı qolsuz tərk etmədi. Böyük fərqlə bu komandanın tarixinin ən məhsuldar oyunçusu statusunda olan ulduz forvard yığmada 42-ci oyunda vurduğu qolların sayını 41-ə yüksəltdi. Bu, Norveçin qrupda artıq 3-cü oyunu idi və komanda maksimum xalla inamla turnir cədvəlinə başçılıq edir. ''Skuadra Adzurra'' isə qrupda keçirdiyi ilk qarşılaşmada pərən-pərən düşdü.
Baş məşqçi Luçano Spallettinin oyunsonrası mətbuat konfransında İtaliya Futbol Federasiyası ilə söhbət edəcəyini dilə gətirməsi diqqət çəkdi.
İtalyanlar üçün DÇ-nin seçmə mərhələsi son illərdə sanki bir kabusa çevrilib. DÇ-2022-nin seçmə mərhələsinin pley-offunda komandanın Şimali Makedoniyaya 0:1 uduzduğunu nəzərə alsaq, İtaliya tarixində ilk dəfə mundialın seçmə mərhələsində ardıcıl 2 oyundan məğlubiyyətlə ayrıldı və ardıcıl 3 oyunda qola həsrət qaldı.
Bundan başqa daha öncə İtaliyanın DÇ-nin seçmə mərhələsi çərçivəsindəki bir oyunun ilk yarısında 3 qol buraxması faktına da rast gəlinməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see434

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see322

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see308

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see306

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see299

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see281

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see279

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see277

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see275

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see270

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see265

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see263

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see256

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see253

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see245

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see240

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see235

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see232

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see217

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri